Bazar, 24 İyun 2018 22:00

DÇ-2018: Bombardirlər yarışında dəyişiklik olub

DÇ-2018-in bombardirlər yarışında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, oyun gününə 4 qolla şərikli lider kimi girən Romelu Lukaku (Belçika) və Kristiano Ronaldo (Portuqaliya) zirvədəki yerlərini təhvil verməli olublar.

Belə ki, İngiltərə - Panama matçında 3 qol vuran Harri Keyn ümumi qollarının sayını 5-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Tottenhem”in forvardı bununla da bombardirlər yarışında liderliyi ələ alıb.

Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda Lukaku və Keyn Belçika və İngiltərə millilərinin heyətində bir-birilərinə rəqib olacaqlar.

Oxunuş sayı 1831 dəfə
Şərh vermək üçün giriş edin
Top