Bazar ertəsi, 21 İyun 2021 22:35

Son dəqiqə: 50 yaşlı kişi qohumu tərəfindən güllələndi - VİDEO

Ailə münaqişəsi zəminində Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1987-ci il təvəllüdlü Zaidov Fuad Ərzulla oğlu kürəkəni Yolçubəyli kənd sakini, 1971-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlunu ov tüfəngi ilə güllələyib.

APA-nın məlumatına görə, sonuncu çoxsaylı qırma yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

M.Mirmövsümovun həytat yoldaşı hazırda Rusiyada yaşayır.

Yaralanan şəxsin qardaşının bildirdiyinə görə, Mirqiyasın həyat yoldaşı və qaynı qardaşına məxsus var dövlətə sahib çıxmaq istəyib. Mirqiyasın Moskvada yaşayan həyat yoldaşı qardaşına ərinin öldürülməsi sifarişini verib. Sonuncu dəfə də Mirqiyasla qaynı Fuad arasında pul üstündə mübahisələri düşüb və nəticədə Fuad qaynını güllələyib.

Hadisəni törədən Fuad Zaidov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxunuş sayı 1737 dəfə
Şərh vermək üçün giriş edin
Top