Şənbə, 08 Mart 2014 21:00

“Sovetski” sakinləri aksiya keçirdi - FOTOLAR + VİDEO

Bu gün "Sovetski" sakinləri aksiya keçiriblər. Aksiyaya səbəb köçürülmə ilə bağlı onlara təklf olunan pulun miqdarının aşağı olmasıdır. Bizimyol.info xəbər verir ki, aksiya həmişəki kimi, 173 nömrəli məktəbin qarşısına təyin olunmuşdu. Lakin əraziyə cəlb olunmuş çoxsaylı polis əməkdaşları sakinlərin məktəbin həyətinə toplaşmasına imkan vermədilər. Aksiya ara məhlələrdə davam edib. Əməkdaşımızın verdiyi məlumata görə, aksiya başlar başlamaz 1 nəfər saxlanılıb. Lakin polis saxlanılan şəxsin aksiya ilə heç bir əlaqəsinin olmçadığını bildirib. Sakinlər mətbuata açıqlamalarında bir daha bildiriblər ki, onlar təklif olunan pula razı deyilllər və ümumiyyətlə köçmək istəmirlər. Sakinlər həmçinin saxlanılan gənclərin sərbəst buraxılmasını istəyiblər. Ara məhlələrə mülki geyimli polislər gəlsə də heç bir qarşıdurma yaşanmayıb. Mətbuata açıqlama verən sakinlər dağılıblar.
Xatırladaq ki, Bakının "Sovetski" adlanan məhəlləsinin sökülməsinə qərar verilib. Maliyyə Nazirliyi "Sovetski"dəki evlərə qiymət qoyub. Hər kvadrat metrinə 1500 manat. Sakinlər isə onlara təklif edilən məbləğlə razı olmayıb 2 dəfə aksiya keçiriblər. 3 mart tarixində keçirilən aksiyada isə aşağıdakı şəxslər saxlanılıb və onlara inzibati qaydada həbs verilib. 
Əliyev Elxan - 30 sutka
Zeynalov Hikmət (diabet xəstəsi) - 30 sutka
Ataşov Rəşad - 15 sutka
Mirislam - 15 sutka
Ülvi - 15 sutka

Oxunuş sayı 1213 dəfə
Şərh vermək üçün giriş edin
Top