Bazar, 17 İyul 2016 21:00

Milli Məclisin buraxılması səlahiyyətinin Azərbaycan Prezidentinə verilməsi təklif olunur

Milli Məclisin buraxılması səlahiyyətinin Azərbaycan Respublikası Prezidentinə verilməsi təklif olunur. 

Bubarədə Prezident İlham ƏliyevinAzərbaycanRespublikasınınKonstitusiyasındadəyişiklikləredilməsihaqqındareferendumaktı layihəsininKonstitusiyaMəhkəməsinə göndərilməsibarədə imzaladığı sərəncamdaqeydedilib.

Sənədə əsasən, Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.

Oxunuş sayı 1156 dəfə
Şərh vermək üçün giriş edin
Top