Cümə axşamı, 21 İyul 2016 22:00

Baş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldı - VİDEO

Jurnalist "Bandotdel"ə Fikrət Fərəməzoğlunun işində şahid qismində dindirildiyini deyir. 

"Mən bunun hansı əsasla olduğunu soruşanda, sadəcə araşdırmaların getdiyini dedilər. Hesab edirəm ki, Fikrət Fərəməzoğlu həbs olunandan sonra onun qohumlarına, ailə üzvlərinə istinadən xəbərlər tirajladıq. Buna görə də məni çağırdılar ki, ifadə alsınlar".

***

Arqument.Az-ın baş redaktoru Şəmşad Ağa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. 

Bu barədə Şəmşad Ağa məlumat verib. 

Onun sözlərinə görə, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək onu saat 15-00-da idarəyə çağırıb. Şəmşad Ağa bildirib ki, ona nəyə görə çağırıldığının səbəbi deyilməyib. 

Oxunuş sayı 1349 dəfə
Şərh vermək üçün giriş edin
Top