Çərşənbə, 25 Dekabr 2013 21:00

“Hakimiyyət seçkilərlə bağlı heç kimə güzəştə getməyəcəyini, mesaj verir” - Pərvin İsmayılov

 “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsini qətiyyətlə pisləyir və A.Məmmədli barəsində çıxarılan həbs-qəti imkan tədbirinin dərhal dəyişdirməsini, obyektiv məhkəmə araşdırmasının aparılmasını tələb edirəm”. Bu sözlər ictimai-siyasi fəal Pərvin İsmayılova məxsusdur.

2011 ci il 225x300 Pərvin İsmayılov hesab edir ki, A.Məmmədliyə qarşı irəli sürülən ittihamlar saxtadır: “Anar Məmmədliyə   qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb. Amma ona qarşı təzyiqlər hələ seçkidən   dərhal sonra başlamışdı. Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi onların ofisində yoxlamalar   aparmış və ilkin istintaq prosesi başlatmışdı. Qanunla ilkin yoxlamalar Vergilər Nazirliyi tərəfindən aparmalı   idi. Yoxlamanın Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən aparılması bir daha Anar  Məmmədlinin həbsinin siyasi olduğunu təsdiq edir. Anar Məmmədlinin həbsini pisləyir, hakimiyyətdən ona qarşı baş verən təzyiqləri dayandırmağı, Anar Məmmədli barəsində çıxarılan həbs-qəti imkan tədbirini dərhal dəyişdirməyi, obyektiv məhkəmə araşdırmasının aparılmasını tələb edirəm”.

A.Məmmədli seçkilərin monitorinqilə məşğul olurdu. Görünür, hakimiyyətin iyrənc seçki planlarını ifşa etdiyi üçün cəzalandırılıb. Hakimiyyət qanunsuz davranışlarına ancaq seçki yolu ilə hüquqi görünüş verir. Ona görə də seçki məsələsi hakimiyyət üçün çox önəmli məsələdir. Seçkilərə fantastik məbləğdə vəsait ayrılması da buna görədir. Eyni zamanda hakimiyyət bu həbslə seçkilərlə bağlı heç kimə güzəştə getməyəcəyini mesaj verir -  Pərvin İsmayılov deyib.

Oxunuş sayı 1741 dəfə
Şərh vermək üçün giriş edin
Top