Bazar, 08 Mart 2015 21:00

Seyruz Məmməd: “Hakimiyyət əsgər ölümü ilə spukliyasıya edir”

“İki ayda 15 hərbiçi itirmək ordunun qeyri-peşəkarlığından xəbər verir”

 Şəhidlərə və əsgərə biganə münasibət ölkənın gələcək təhlükəszliyi ilə bağlı ən ciddi məsələdir.

“Müdafiə Nazirliyi ictimaiyyətə məqsədli şəklidə mövcud situasiya ilə bağlı ətraflı məlumat vermir. Belə başa düşürəm ki, bu cəmiyyətdə ajiotaj yaratmamaqla bağlıdır. Lakin biz özümüzün haqlı, düşmənin haqsız olduğunu göstərmək istəyiriksə, ermənilərin atəşkəsə əməl etmədiklərini və əsgərlərimizin həyatına son qoymasını yerli və beynəlxalq ictimaiyyətə açıqlamalıyıq”. Bu sözləri ictimai-siyasi fəal Seyruz Məmməd cəbhə xəttində baş verənləri şərh edərkən deyib.

S.Məmməd qeyd edir ki, əsgər ölümlərilə bağlı rəsmi məlumatlar verilməsə də, ayrı-ayrı ekspetlər, araşdırmaçılar tərəfindən müxtəlif fikirlər səslənməkdədir: “Bu durumda biz mətbuat orqanlarından, ayrı-ayrı bölgələrdə olan şəxslərdən, hərbi hissələrdən baş verənlərin nədən ibarət olduğunu öyrənməyə çalışırıq. Eyni zamanda ekspert rəyləri və çıxışları da bu işimizə kömək edir. Bu cür araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu il, yəni 2015-ci ilin ilk iki ayı ərzində 15 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Bu deyilənlər məhz bizdə kimlikləri məlum olan və yuxarıda qeyd etdiyimiz vasitələrlə öyrəndiyimiz faktlardır. Ola bilər ki, bir neçə ölən və yaralanan var ki, biz onları öyrənə bilməmişik.

S.Məmməd hərbi qulluqçuların ölümü ilə bağlı təəssüfünü də gozlətməyib: “Təəssüf ki, bu rəqəm doğrudur. 2015-ci ilin yanvar-fevral aylarında 15 nəfər hərbçimizi itirmişik, eyni zamanda 6 nəfər də yaralanıb və ya xəsarət alıb. Bilirsiniz, biz araşdırma aparan zaman bu hadisələrin başvermə səbəblərini də öyrənirik. Belə ki, rəhmətə getmiş 15 nəfərdən 9-u məhz düşmən gülləsinə tuş gəlib, 2 nəfər qeyri-nizam hərəkətdən, 1 nəfər xəstəlikdən, 1 nəfər də silahla ehtiyatsız davranmadan dünyasını dəyişmişdir. Bunula yanaşı 1 nəfər mina partlayışına düçar olmuş, 1 nəfər isə intihar etmişdir. Yaralananlardan da 3 nəfəri qarşı tərəfdən vurulmuşlar. Bu çox ciddi və müqayisə baxımından ağır rəqəmdir. Müqayisə üçün deyək ki, 2005-2014-cü illər, yəni əvvəlki on ilin eyni müddətində heç vaxt bu qədər itki olmayıb. Paralel olaraq ötən 2014-cü il ərzində cəmi 29 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Fərqə özünüz diqqət yetirin.

S.Məmməd qeyd edir ki, dünyasını dəyişənlərin hamısı Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin qulluqçu və əsgərləridir: “Gördüyünüz kimi burada intihar, silahla ehtiyatsız davranma, qeyri-nizami hərəkət və sair səbəblər də vardır. Bu isə hərbi hissələrdə vəziyyətin o dərəcədə də yaxşı olmadığından xəbər verir. Təsəvvür edirsinizmi ki, hərbi hissə qapalı struktur olduğundan bir çox məsələlərin ictimaiyyətə açıqlanması qeyri-mümkündür. Müdafiə Nazirliyi təcili təxirəsalınmaz tədbirlər görməlidir. Burada hərbi hissələrdə olan kadr məsələsi, sosial-rifah və psixoloji durumla bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Nizamsız hərəkət və ya silahla ehtiyatsız davranmadan əsgər ölürsə bu qeyri-peşəkarlığın nəticəsidir. Atəşkəs zamanı 9 nəfəriniki ayda ermənilər tərəfindən öldürülməsi isə müdafiə tədbirlərinin lazımi formada olmamasını göstərir. Şəhidlik müqqəddəs zirvədir. Amma hakimiyyət bu məsələdə də spukliyasıya edir. Şəhidlərə və əsgərə biganə münasibət ölkənın gələcək təhlükəszliyi ilə bağlı ən ciddi məsələdir.

Oxunuş sayı 1076 dəfə
Şərh vermək üçün giriş edin
Top