Çərşənbə, 08 Aprel 2015 21:00

Azərbaycanda pozulmuş hüquqları ancaq pulla bərpa etmək olar

09 aprel 2015-ci ildə tarixdə Qubadlı rayonundan məcburi köçkün Qəhramanov Anar Səməd oğlundan reakisyamıza müracət daxil olmuşdur.  Belə ki,  məcburi  köçkün kimi müvvəqəti Bakı şəhərində məskunlaşan, əvvələr sahibkar, sonrada takisi sürücüsü kimi fəaliyyət göstərən  Qəhramanov Anar Səməd oğlu 2015-ci il 05 fevraldan 6 fevrala keçən gecə ağır buçaq xəsarti alıb. Hadisədən zərərçəkən olmasına baxmayaraq, onu istintaqa cəlb edib hədləyirlər. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə və Baş Prokurora müraciət etəsə də, hər hansı müsbət nəticəsi olmamışdır.

Zərərçəkən  Anar Qəhrəmanov müraciətində həmçinin bildirir ki, hüquq mühafizə orqanları qanun aliliyinin, vətəndaşların pozulmuş hüquqları qorumaq əvəzinə "korrupsiya mərkəzinə" çevrilib. Bu gün hüquq mühafizə orqanlarina müraciət edirsən ki, sənə hüquqi baxmıından yardım eləsin. Əskər halda zərərçəkən vəziyyətindən səni cinayətkara çevirirlər. 

Hakimiyyət bütün məmurları xalqa xidmət etmək əvəzinə vətəndaşlara problem yaratmaqla məşguldur. Xüusuilə hüquq mühafizə orqanları bu məsələdə daha öndədir. Dərdini deməyə yer qalmayıb. Rüşvət və qanunsuzluq baş alıb gedir. Azərbaycanda pozulmuş hüquqları ancaq pulla bərpa etmək olar

Oxunuş sayı 1040 dəfə
Şərh vermək üçün giriş edin
Top