Bazar, 11 Avqust 2013 21:00

Zaqatalada müəllimlər ayağa qalxdı

Zaqatalanın Yengiyan kəndindən 20 – yə yaxın pensiyaçı müəllim tərəfindən BTV-ni elektron poçtuna şikayət daxil olub. Şikayətçilərin sözlərinə görə , “Muğanbank”ın Zaqatala filialında qanunsuzluqlar baş alıb gedir. Belə ki ,10-a yaxın pensiyaçı müəllimin xəbəri olmadan, bank qaydalarına zidd olaraq ,zamin olmadan adlarına kreditlər verilib. Bundan xəbər tutan müəllimlər etiraz aksiyası keçirməyə hazırlaşır. Bildirək ki, MƏŞƏLİN Zaqatalaya gəldiyi bir vaxtda belə bir aksiyanın baş tutması icr başçısna və zakatalalılara elədə yaxşı vəziyyətin olmasına vəd vermir. Amma bilinən odur ki, hal hazırda rayonda vəziyyət gərgindi. Bildirək ki, şikayətçilər məktəb direktorunun və bəzi vəzifə sahibləri əlbir olub cinayət halınının törədilməsində iştirak edənlərin cəzalanmasını tələb edərək prezidendən də kömək istəyirlər…

Onuda qeyd edək ki. çoxsaylı sakinlərin şikayətlərini nəzərə alaraq BTV-nin əməkdaşlarımız hazırda Zaqatala rayonuna ezam olunub. Məsələ ilə bağlı ətraflı araşdırma aparıb ,qısa zamanda dəqiq məlumat və video süjetləri təqdim edəcəyik.

İlqar Sadıqov

Oxunuş sayı 938 dəfə
Şərh vermək üçün giriş edin
Top