Şənbə, 27 Fevral 2016 21:00

Azərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin! DƏHŞƏTLİ FOTOLAR

Tehranın Rəsul Əkrəm Xəstəxanasında ağır cərrahiyyə əməliyyatı keçirən 23 yaşlı Orxan İmaməliyev gənc yaşlarından əlil arabasına möhtac qalıb. Bu barədə onun anası Fəridə İmaməliyeva İnterpress.az-a danışıb.

Hazırda Tehranda olan ailənin maddi durumu çox ağırdır. 20 min dollarlıq cərahiyyə əməliyyatından sonra ailənin durumu daha da ağırlaşıb. Belə ki, Tehranın Rəsul Əkrəm Xəstəxanasında əməliyyat olunan gəncin səhhəti babatlaşsa da onlar bu məbləği ödəyə bilmədikləri üçün növbəti daha böyük problemlə üzləşiblər. Ailə Azərbaycana dönə bilmir. Çünki xəstəxanaya 6 min dollar borcları qalıb.
Bu barədə İnterpress.az-a danışan F.İmaməliyeva İran həkimlərinin onlara göstərdiyi hədsiz qayğıdan və sevgidən çox təsirləndiyini deyir: "Dəfələrlə bu xəstəxanada olmuşuq. Bu dəfə Azərbaycandan gəldiyim 6 ay oldu. Orxana 20 min dollarlıq əməliyyat etdilər. 14 minin İran hökuməti ödədi. lakin 6 min dollar borcumuz qaldığı üçün pasportlarımızı alıb Azərbaycana dönə bilmirik. Mən bir əməliyyat pulu üçün 27 dəfə Həcc ziyarətində olan sabiq deputat Qalib Salahzadədən mətbuat vasitəsi ilə xahiş etdim. Lakin o, heç bir köməklik etmədi".
Azərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLAR

Fəridə İmaməliyeva mətbuat vasitsi ilə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya müraciət etdi:
"Mehriban xanım Əliyeva ideal anadır. Mən mətbuat vasitəsilə üzümü ölkə prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya tutub onlardan kömək istəyirəm. Mən darda qalmışam, məni bu dardan xilas edin. Mən əlil oğlumla Azərbaycana dönmək istəyirəm, amma pasportlarımızı almaq üçün 6 min dolları ödəməliyik. İran hökuməti bizim üçün 14 min dollar ödədi, Azərbaycan hökuməti də 6 min dollarını əsirgəməyəcəyinə inanıram. Çünki ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ehtiyaclı insanlara daim yardım etdiyini və darda qalanlara əl tutduğunu bilirik. Bütün dünya onu yardımsevər insan kimi tanıyır. Azərbaycanda məni iki övladım gözləyir. Onlar kimsəsizdir. Burda naçar qalmış əlil arabasında oturan oğlumun ümidsiz gözlərinə baxmaqdan daha dəhşətli bir şeyin olacağına inanmıram. Mənə kömək edin, məni xilas edin!"
Qeyd edək ki, F.İmaməliyeva dəfələrlə ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə üz tutsa da ona heç bir köməklik göstərən olmayıb. Hər dəfə onunla Rəsul Əkrəm Xəstəxanasına bu məzmunda məktub göndərilib: "Hörmətli xəstəxana rəhbərliyi xahiş edirik bu qadına kömək məqsədi ilə qiymətlərinizdə endirim edəsiniz".
F.İmaməliyeva deyir ki, İran tərəfi ona 14 min ödəyib: "Bu artıq endirim deyil, bundan böyük kömək və yaxşılıq düşünmürəm".
Orxan İmaməliyevin fotolarını təqdim edirik: 
Azərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLARAzərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLARAzərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLAR

Hörmətli oxucular, Fəridə İmaməliyeva ilə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989374479115; 00989190776841
Qeyd edək ki, Orxan İmaməliyev 1 yaşındaykən atasını itirib. O, 18 yaşındaykən keçirdiyi avtomobil qəzasından sonra bu günə qədər dəfələrlə əməliyyat olunsa da sağlamlığını tam bərpa etmək mümkün olmayıb. Onun müalicəsi ancaq Almaniyada mümkündür. Ən dəhşətlisi isə odur ki, ailə illərlə müalicə pulu üçün banklardan kredit götürüb və son dərəcə ağır duruma düşüblər.(interpress.az)
Oxunuş sayı 1315 dəfə
Şərh vermək üçün giriş edin
Top