Bazar ertəsi, 28 Mart 2016 22:04

İntiqam Əliyev azadlıqda

Bu gün baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi keçirilib. 
Ali Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə, azadlığa buraxılması barədə qərar qəbul edilib.
Hüquq müdafiəçisi İntiqam Əliyevin 6 saylı Cəzaçəkmə Müəssisəsindən evinə buraxılıb. 
Oxunuş sayı 1175 dəfə
Şərh vermək üçün giriş edin
Top