Bazar, 21 Fevral 2016 21:00

Aydın Səfərov: Ölkənin adını dəyişib, "Monopolistan" qoymaq lazımdır

Müsahibimiz sahibkar Aydın Səfərovdur

-Aydın bəy bir sahibkarlıq fəaliyyətiniz haqqında qisa məlumat verərdiniz.

-İlk öncə bildirim ki, 2012-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. Usaqlıqdan dünyanın varlı adamların həyatı haqqında marağlanıram. Təbii ki, söhbət korrupsiya ilə deyil, sağlam yollarla biznes uğurları əldə etmiş insanlardan gedir. Bu məqsədlə qərara gəldim ki, Azərbaycan cəmiyyəti üçün maraqlı ola biləcək, müştəri marağından işə yanaşdım. Fiziki şəxs olaraq, mebel sahəsində 3,4 nəfərdən ibarət kiçik qrupla fəaliyyətə başladım.

-Sahibkarlıq faəliyyətinin hansı çətin tərəfləri var, bu sahədə hansı problemləri yaşadınız?

-Sahibkarlıq, xüsusilə orta və kiçik sahibkarlıq cəmiyyətin iqtisadi həyatında mühüm rol oynayır. Təəssüf ki, ölkədə bütün sahədələrdə monapoliya var, ölkədə prezident başda olmaqla bütün məmurlar istisadiyyatın bir sahəsinə şərikdirlər. Azərbaycanda rüşvətsiz hər hansı biznes sahəsində fəaliyyət göstərmək mümkünsüzdür. Sahibkarlar üçün demək olar ki, bütün dövlət sturkturlarında brokratik əngələr mövcudur. Təbiətin mühafizə idarəsi, vergi orqanları, polis, yerli icra strukturları kiçik biznes sahiblərindən "paylarını" istəyir. Qazandığının 80 fazini "paylamalısan?

-Mövcud vəziyyətdən çixiş yolları kimi qanunla bu neqativ hallardan qorunmaq mümkündürmü?

-Bilirsiniz Azərbaycanda qanun ancaq qanun tələb edən adamı cəzalandırmaq istəyəndə meydana gəlir. Sirr deyil ki, Azərbaycanada bu günə qədər yüzlərlə sahibkar qanunsuz olaraq şərlənib həbsə atılıb, ya da ondan külli miqdarda pul alıb "sərbəst" buraxıblar. Mən onlardan bir neçəsinin adını çəkə bilərəm. Keçmiş Nazir Fərhad Əliyevin qardaşı, Rafiq Əliyevin "Azpetrol" Şirkətinin əlindən alınması və həbs olunması, Zülfiqarlı qardaşlarının başına gətrilən müsibətlər yaxin keçmişdir.

-Konkret olaraq sizə hansı təzyiqlər edilir?

-Azərbaycanda biznes sahəsinin hər birinin özünün "sahibi" var. Mebel sahəsində biznes konkret olaraq prezidentin ailəsinə məxsusdur. Bu sahədə kiminsə böyük imkan və təsir sahibi olması mümkünsüzdür. Bizim kimi kiçik sahibkarlar ancaq münasib razılıq sahəsində kiçik gəlirlər əldə edə bilər. Azərbaycan realığında böyük gəlirlərə sahib olmaq arzusu, Rafiq Əliyev və Zulfüqarlı qardaşları kimi sonda adamı həbsə sürükləyə bilər.

Tam səmimiyyətlə deyim ki, bu fikirlərdən sonra mənə qarşıda təzyiqlər artacaq və sadəcə nəticəsi nə olursa olsun, mən həqiqəti deməkdən çəkinmirəm. Ölkənin adını dəyişib, "Monopolistan" qoymaq lazımdır.

Oxunuş sayı 1515 dəfə
Şərh vermək üçün giriş edin
Top