Şənbə, 14 Fevral 2015 21:00

“Nazirin himayə etdiyi qohumları məni ölkəni tərk etmək məcburiyyətində qoydu” – MÜRACİƏT

 Ramin Şahverdiyev: “Bizə 5 gün vaxt verdilər ki, bu müddətdə 200 min avro ödəməliyk”

Azərbaycan daxili işlər naziri Ramil Usubovun himayə etdiyi qohumları Haciyevlər tərəfindən təhdid olunduğum üçün ölkəni tərk etmək məcburiyyətində qaldım”. Bu sözlər kiçik sahibkar Ramin Şahverdiyevin redaksiyamıza göndərdiyi müraciətində yer alıb. R.Şahverdiyev özünün və ailəsinin başına gətirilənlərdən söz açır. Həmin müraciəti təqdim edirik:

“Anam bankda işlədiyəndə tanış olduqu Mina Hacıyeva və qardaşı Riza Haciyev atama şərikli iş qurmağı təklif etdilər. Söhbət şuba dublyonka biznesindən gedir. Buna görə 250 min avro pul qoydular. 2010-cu ildə müqavilə bitdiyi üçün atam işi özü davam etmək istədi. Amma onlar atami bir yerdə çalışmağa məcbur etdilər. Çünki işi görən atam və mən idim. Atam birlikdə davam etməkdən imtina etdi. Onlar da atamdan dukanları və malları təhvil verməyi istədilər. Lakin atam haqlı olaraq onların bu istəklərini etmədi. Buna cavab olaraq atamı maskalılar oğurladılar. Bir müddət sonra atamı buraxdılar. Atama çox ağır işgəncələr vermişdilər və elə həmin işgəncələrin nəticəsində atam dünyasını dəyişdi. Həkimlər Riza Hacıyevin (Riza Hacıyev Bakıda əvvəl Çevik Polis Alayının, sora Sabunçu RPİ-nin, daha sonra Neftçala RPİ-nin rəisi olub) göstərişi ilə ölümün səbəbini ürək tutmasi yazdilar. Atamdan sonra bizim üçün hər şey ağırlaşdı. Bizə 5 gün vaxt verdilər ki, bu müddətdə 200 min avro ödəməliyk. Biz dedik məhkəməyə verin, borcumuz varsa, ödəyərik. Razı olmadılar. 5 günün tamamında qardaşımla məni ÇPA-ın polisləri apardılar. Anam, Riza Hacıyevə Yeni Günəşli qəsəbəsindəki 4 otaqlı evimizi verib, bizi buraxdırdı. Həmin evi 32 min avro dəyərində qiymətləndirdilər. Sonra Qara Qarayev metro stansiyasının yaxınlığında nənəmin adına olan evimizi də əlimizdən aldılar. Mina Hacıyeva öz yeznəsinin adına keçirdi.

Riza Hacıyev bizi təhdid edirdi ki, atami öldürdüyü kimi məni və qardaşımı da öldürəcək. 4 il ərzində pulumuzu, evlərimizi, dükanlarimizi, maşınlarımızı ölümlə hədələyərək əlimizdən zorla aldılar. Heç kim, heç orqan şikayətimizə baxmadı. Anam dəfələrlə Ramil Usubovun qəbuluna getsə də, hər dəfə qovuldu. Dəfələrlə ölkənin peşəkar vəkilləriylə görüşdük, problemi danışdıq ki, bir çıxış yolu tapaq. Lakin bütün vəkillər dedilər ki, Azərbaycanda məhkəmə sistemi işləmir, məhkəməyə şikayət etmək mənasızdır. Mən isə mübarizəmi davam etdirmək fikrindəydim. Nəhayət məni həbs etmək istədilər, ona görə də ölkədən çıxmaq məcburiyyətində qaldım.
Qeyd edim ki, sonuncu işim Almaniyanın Azərbaycandakı səfir müavininin sürücüsü olub”.  

Qaraşı tərəfin mövqeyini də dərc etməyə hazırıq

Oxunuş sayı 1528 dəfə
Şərh vermək üçün giriş edin
Top