Bazar, 27 Noyabr 2016 21:00

Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı - Nazir məhkəmədə uduzdu

Sumqayıt Apellyasiya Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əleyhinə qərar qəbul edilib.

BakiPost.az xəbər verir ki, nazirliyin məhkəmə qərarını gözləmədən söküntü işləri aparması, sahibkarın fəaliyyətinə qadağa qoyması ikinci instansiya məhkəməsi tərəfindən qanunsuz hesab edilib. Məlum olub ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun şəxsən göstərişi ilə Qəçreş kəndində yerləşən və Qubanın məşhur istirahət məkanlarından olan "Orman” istirahət mərkəzi ağır texnika ilə nazirliyin əməkdaşları tərəfindən dağıdılıb. Nazirlik əməkdaşları məhkəmə qərarı olmadan bu addımı atıblar. Sonradan isə Quba rayon Məhkəməsinin həmin ərazidə iaşə xidmətini qadağan edən qərar qəbul edib.

 

Bu söküntülərdə təxminən 1 milyon manat civarında ziyan vurulan sahibkar Abbas Zeynalov apellyasiya şikayəti verib. Məhkəmədən daxil olan materiallardan görünür ki, o, şikayətində bir çox tutarlı faktlar təqdim edib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkən şəxs Bakı qeydiyyatında olmasına rəğmən, onun barəsində iddianı Quba məhkəməsi verib. Bu isə qanunlara ziddir.

İkinci bir məsələ isə, məhkəmə qərarından cavabdeh şəxsin – A.Zeynalovun məhkəmə qərarı olmadan və onun apellyasiya şikayəti verməsini gözləmədən mülkünün yerlə yeksan olunmasıdır.

Şikayətçi bildirib ki, bütün bunlarla bərabər nazirin istirahət mərkəzini sökmək üçün gətirdiyi arqumentlər də tam əsassızdır və bu, aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Məhkəmə bu iddiaları əsaslı sayıb.

Apellyasiya məhkəməsinin qərarından görünür ki, Quba məhkəməsinin çıxardığı qətnamədə daha bir qanun pozuntusu var. Bu da sahibkara əhaliyə iaşə xidmətinin göstərilməsinin qadağan edilməsiylə bağlıdır. Bununla bağlı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilir: "İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək cavabdehə əhaliyə iaşə xidmətinin qadağan edilməsi iddiasının təmin edilmədiyi təqdirdə ona ağır maddi zərər vura bilər. İş materiallarından görünür ki, cavabdeh 16.01.2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq Fəaliyyəti haqqında Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi fərmalarından asılı olmayaraq, öz fəaliyyətini qanunuvericiliyə uyğun həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Həmin qanunun 12.4 maddəsinə əsasən sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərinin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və ya vəzifəli şəxslər ödəməlidirlər”.

Bütün bunlara əsaslanan məhkəmə kollegiyası birinci instansiya məhkəmısinin qərarının böyük bir qismini ləğv edib.

Məlumat üçün bildirək ki, sahibkar, məhkəmə iddiasında ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, sökülmüş obyektin bərpasını istəyir.

Qeyd edək ki, şikayətçi Abbas Zamanov nazir Hüseynqulu Bağlırovun xalası oğludur. Onlar arasında münasibətlər gərgin olduğundan, nazir belə bir addım atıb. Zərərçəkmiş aidiyyəti qurumlara müraciətində indiyə qədər qanuni fəaliyyət götərdiyini, bütün sənədlərinin qaydasında olduğunu, lakin nazirin ondan qisas almaq istədiyindən istirahət mərkəzini buldozerə verdiyini bildirib. O iddia edir ki, nazir öz postundan istifadə edərək Quba rayon Məhkəməsinə təzyiq edib və söküntü aparıldıqdan sonra hakim heç bir hüquqa əsaslnamayan saxta qərar qəbul edib.

Nazirliyin əməkdaşları söküntüdən sonra

Oxunuş sayı 2196 dəfə
Şərh vermək üçün giriş edin
Top