Bazar ertəsi, 02 Mart 2015 21:00

Hərbçilərin ailələri təhlükə qarşısında

Etiraz aksiyalarının sayı artıqda zor tətbiq etmək istəyən hərbçilərin sayı azalır və bu onların ailələrinə təhdid yaradır

Son zamanlarda yayılan bəzi məlumatlar iqtidar düşərgəsini qorxuya salıb. Məlumatlar əsasən daxili işlər orqanlarına tabe hərbi birləşmələrdə ölkədə sayı artmaqda olan etiaz aksiyalarında iştirakçılara güc tətbiq etməyə qarşı olan əsgər və zabitlərin sayı artır. Bu isə iqtidarı təşvişə salmaqla bərabər həm də, "etirazçı" əsgərlərin və zabitlərin həm özlərini həm də ailəlrini təhlükə altına qoyur.

Bu məsələ ilə bağlı bəzi ekspertlərin fikrini soruşduq. "Gənclər Klubu" ictimai birliyinin sədri Zaur Əkbər deyir ki, xalqın meydanlara axışması, iqtidarın aksiyaları dağıtmaq üçün seçdiyi taktika hər zaman ölkədə əsas müzakirə mövzularındandır: "Xüsusi ilə də aksiya iştirakçılarına qarşı bəzi hallarda ağır güc tətbiqi ilə bağlı çoxsaylı mənzərələrin də şahidi olmaqdayıq. Belə hallar son zamanlar təkcə Bakıda yox, eləcə də rayonlarda keçirilən aksiyaların dağıdılması zamanı da müşahidə olunur".

Müsahibimiz qeyd edib ki, zaman-zaman Azərbaycanda icazəli və ya icazəsiz aksiyalar küçirilməsi olduqca təbii bir prosesdir: "Hər bir toplumun öz haqqını tələb etmə üsulu var. Və nə qədər ki, Azərbaycanda insanların haqqı bu şəkildə pozulacaq, o zamana qədər də aksiyalar olacaq və hətta icazəsiz aksiyaıara cəhdlər ediləcək. Təəssüf doğuran budur ki, bir çox hallarda polis vətəndaşlara zor tətbiq edir və aksiya keçirməyə imkan vermir. Amma bunun həyata keçirilməsi üçün bəzi hallarda polislə, daxili qoşunlarla vətəndaş arasında müəyyən qarşıdurmalar, həbslər də olur. Bu baş verənlər təbii ki, insan hüquqlarının pozulması, insanların sərbəst toplaşmaq azadlığına qarşı çıxmaq cəhdidir. Bir məsələ də var ki, əgər polis və ya hərbçilər bu məsələdə zor tətbiq etmək istəməsəslər onda onların özlərinə və ailələrinə zor tətbiq ediləcək. İqtidar xəyanəti bağışlamır ki, hamiya görk olsun və hamı sadiq olsun".

Adının çəkilməməsi şərti ilə redaksiyamıza açıqlama verən daxili qoşunların zabiti də bu məsələnin olduqca həssas olduğunu deyir: "Əlbəttə biz hərbçiyik. Bizim işimiz əmrləri yerinə yetirməkdir. Lakin bir məsələ də var ki, əmrlər bəzən qanunsuz olur, əli yalın haliyə qarşı zor tətbiqinə əsaslanır. Belə olan halda əmrin icrasına təbi ki, həm gizli həm də aşkar etiraz edənlər olur. Bu da bizim özümüzü basqılarla üz-üzə qoyur. Ailələrimizə qədər zor tətbiq ediləcəyi, işgəncə veriləcəyi ilə hədələnirik. Ona görə də çoxları qorxur. Əksər zabitlərə öz canındna yox ailəsindən qorxur".

Qeyd edək ki, ekspertlər əvvəllər də orduda və polisdə əhaliyə qarşı güc tətbiqinə qarşı olan əsgər və zabitlərin olduğunu deyirlər. Lakin məlumatlara görə onların əksəriyyəti saxta ittihamlarla şərlənərək həbs edilib və ağır cəzalara məruz qalıb. Görünür hakimiyyət ancaq bu yolla sərbəst düşüncənin orduda və polisdə yayılmasının qarşısının alacağını düşünür.

Oxunuş sayı 1102 dəfə
Şərh vermək üçün giriş edin
Top