Cümə axşamı, 24 Mart 2016 09:56

"Bu problemdən hətta ölkə başçısı məlumatlıdır" - Qusarda suvarma problemi böyüyür

“Bu problemdən rayon rəhbərliyi, nazirlik, hətta ölkə başçısı məlumatlıdır”. Bu sözləri Qusar Suvarma Sistemlər İdarəsi Qusarçay istismar sahə rəisi Abuyev Aslanşah Qubaşah oğlu Qusar rayonu Quxuroba kəndində əkin sahələrinin suvarılmasında yaranan problemə münasibət bildirərkən Xeber.İnfo-a dedi: “Qusar rayonu Quxuroba kəndində əkin sahələrinin suvarılmasında ciddi problem var. 50, 60 hektar əkin sahəsini suvarmaq müşkül məsələdir. Quxuroba kənd camaatı bostan məhsulları ilə dolanır. Suvarma olmayanda kənd camaatının vəziyyəti xeyli pisləşir. Ona görə də bu problem həll olmalıdır. Sakinlərin dedikləri ilə razıyam. Avtomobil yolunun üstündə olan şuluz götürülməlidir. Lakin bu, problemin tam həlli demək deyil. Çünki Samur-Abşeron kanalında suyun səviyyəsi aşağıdır. Qış quraqlı keçdiyi üçün kanalda suyun səviyyəsi aşağı düşür. Bir sözlə Allahın yardımına ehtiyacımız var. Biz məsul şəxslər sakinlərlə əl-ələ verib problemin həllinə çalışmalıyıq”.

Qeyd edək ki, Qusar rayonu Quxuroba kənd sakinləri Xeber.İnfo-a şikayət məktubu göndərmişdilər. Məktubda əkin sahələrinin susuzluğunu qeyd edib, yardım istəmişdilər.

 

Həmin məlumata bu linkdən baxa bilərsiniz: http://xeberinfo.de/tech/az-rbaycan/item/154-zhusarda-aehali-avtomobil-yolunu-bazhhlayadzazh-susuz-zhalan-aekin-sahaelaerinae-zhoerae 

Oxunuş sayı 1299 dəfə
Şərh vermək üçün giriş edin
Top