Şənbə, 19 Mart 2016 09:02

Vizual.Az-ın jurnalisti itkin düşüb

Xeber.İnfo Vizual.Az-a istinadən xəbər verir ki, jurnalist İlqar Heydərov yoxa çıxıb. Artıq bir gündür ki, ailəsi ondan xəbər ala bilmir.

Bu barədə saytımıza jurnalistin yaxınları məlumat verib. Onların sözlərinə görə, İlqar Heydərov sonuncu dəfə 18 mart, 16:00 radələrində ailəsi ilə danışıb və işdən çıxaraq evə gələcəyini deyib. Lakin üstündən bir gün keçməsinə baxmayaraq jurnalistdən xəbər yoxdur.

Jurnalistin yaxınları 102 polis xidmətinə məlumat versə də, hələ ki, bir cavab ala bilməyiblər.

Xatırladaq ki, bir neçə gün öncə saytımızda İlqar Heydərovun müəllifi olduğu "Ömürlük prezidentliyin bir addımlığında” başlıqlı məqalə dərc olunub. Yazıda qarşıdan gələn referendum seçkilərinin əsl mahiyyəti araşdırılıb.

Qeyd edək ki, İlqar Heydərov Vizual.az-da çalışır.

Oxunuş sayı 1354 dəfə
Şərh vermək üçün giriş edin
Top