Çərşənbə axşamı, 29 Mart 2016 10:11

Bakı metrosunda yeniliklər olacaq - Açıqlama

Bakı metrosunun keçidlərində apteklər açılacaq.
 Bu barədə "Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
 Onun sözlərinə görə, Bakı metrosunun keçidlərində gül, kitab və dərman preparatlarının satışı ilə məşğul olan köşklər, avtomat ödəmə aparatların quraşdırılması barədə qərar verilib. Artıq gül və kitab mağazaları fəaliyyət göstərir. "Hazırda apteklərin açılması üçün hazırlıq işləri gedir. İlk belə aptek "Nəriman Nərimanov” metro stansiyasının keçidində açılacaq. Daha sonra digər stansiyalarda hazırlıq işlərinə başlanılacaq”, - deyə N.Paşayev vurğulayıb.(AZƏRTAC)
Oxunuş sayı 1507 dəfə
Şərh vermək üçün giriş edin
Top