Çərşənbə, 27 Dekabr 2017 21:00

Azərbaycanda məhkəmələr siyasi sifarişli qərarlar qəbul edir və notariat kontorunun funksiyalarını yerinə yetirirlər

Azərbaycan məhkəmələrinin əksər hakimləri siyasi sifarişli qərarlar qəbul edir və ancaq möhür vurmaqla notariat kontorunun funksiyalarını yerinə yetirirlər.

ilqar Bütün Dünya ölkələrində, o cümlədən Azərbaycan Respublikasında siravi vətəndaşlardan tutmuş,   cəmiyyətdə tutduğu mövqeydən aslı olmayaraq hər bir insan pozulmuş hüquqlarının bərpa olunması və   Qanunun aliliyinin bərqərar olunması üçün ədalət məhkəməsinə müraciət edir və məhkəmə hakimlərinin   ədalətli qərarlar çıxaracaqlarına ümud bəsləyirlər. Ancaq cox təəssüflər olsun ki, Azərbaycan reallığında   əksər hallarda hakimlər hakim adını və vicdanını kənara qoyub, siyasi sifarişli qərarlar qəbul edirlər. Belə   qəbul olunmuş məhkəmə qərarlarına və hökümlərinə coxlu misallar gətirmək və əyani sübutlar təqdim etmək olar. Belə biabırcı, hec bir qanuna və qaydaya sığmayan, hec bir məhkəmə araşdırması aparılmadan qəbul olunmuş siyasi sifarişli məhkəmə qərarlarından birini sizə təqdim edirəm.illllll

Belə ki, 10.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ”Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) maddəsi ilə orqandan xaric olunması barədə əmrin ləgv edilməsi“ tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, nəhayət 6 aydan sonra ərizəm baxılması üçün icraata götürmüşdür. İddia ərizəsində göstərilən, hüquqlarımı müdafiə edən cox hörmətli vəkilim Abbasov Elxan Saleh oğlunun 2016-cı ilin mart-aprel aylarında aparılmış xidməti təhqiqatın materiallarının tələb olunaraq məhkəməyə sübut kimi təqdim olunması, vaxtilə işlədiyim Polis Akademiyasında rəhbərlik tərəfindən mənfi xarakterizə olunmağımı təstiq edən sənədlərin təqdim edilməsi və ya şahidlərin çağırılması ilə əlaqədar qaldırılmış vəsatətlər hakim tərəfindən təmin olunmuşdur. Hətta məhkəmə həmin sübutların cavabdehin nümayəndəsinin tələbinə əsasən dövlət sirrini təşkil edən məlumatlar hesab edərək, məhkəmə iclasının qapalı keçirilməsi qərarına gəlmiş və bu barədə qərar qəbul etmişdir. Lakin nə qapalı keçirilən məhkəmə iclaslarında, nə də ki, məhkəmə qərarında aparılmış xidməti təhqiqatın materiallarına istinad olunmamışdır. Bununla da təmin edilmiş vəsatətlərin əhəmiyyətsiz, daha dəqiq desək nəticəsiz qalmışdır.

Yqubov İlqar226 sentyabr 2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Etibar Mustafayev tərəfindən “iddia tələbinin təmin edilməməsi” barədə qərar qəbul olunmuşdur.

16.11.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı “iddia tələbinin təmin edilməməsi qərar”nın ləğv edilməsi iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur.

26 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədirliyi ilə guya məhkəmə baxışı aparılmışdır.ilqar3

Haqqımda verilmiş iş üzrə mübahisəli əmrdə ”rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuma” istinad edilmişdir. Bununla əlaqədar olaraq məhkəmədə son 5 ildə calışdığım Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəhbərliyinin, yaxud da nümayəndəsinin qeyd olunan məsələyə münasibət bildirməsi üçün məhkəməyə dəvət olunmasına dair vəsatət verilmişdir. Lakin vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. İş materillarından göründüyü kimi, xidməti müddəti təqvim ilə 26 il, imtiyazlı isə 31 il 03 ay 24 gün Daxili İşlər Nazirliyində xidmət etmişəm. Həmin müddətin son 5 ilini DİN-nin Polis Akademiyasında “DİO-nun əməliyyat-axtarış fəaliyyəti” kafedrasının müəllimi işləmiş, polis polkovnik-leytenantı rütbəsinə layiq görülmüş, bu müddət ərzində barəmdə heç bir mənfi rəy, intizam tənbehi tətbiq olunmamış, əksinə hər zaman mükafatlandırılmışam. Bu halda onu sübut edir ki, daxili işlər nazirliyi tərəfindən barəmdə qanunsuz qərar qəbul olunmuş, məhkəmə göstərilənlərin hec birini nəzərə almamış, bütün bunlara hüquqi qiymət verməmişdir.

Mübahisəli əmrdə həmçinin vət. Ə.Ağacanova ilə cəmiyyətdə qəbul edilmiş ailə-məişət və əxlaq normalarına zidd münasibət qurmağım göstərilmiş, iddia ərzimdə bütün bunların doğru olmadığı göstərilmiş, Ə.Ağacanovadan mənə qarşı izahatın təzyiq vasitəsilə alındığı göstərilmiş, lakin hakim belə bir mühüm faktı araşdırmamış, ən azından vət. Ə.Ağacanovanın məhkəməyə dəvət olunub dindirilməsinə maraqlı olmamışdır.

Yaqubov ilqar4Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə 1 fevral 2017-ci il tarixində edilən dəyişikliklərə əsasən həmin əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində göstərilən “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə” müddəasında “ləyaqətsiz” ifadəsi çıxarılmış, bununla da Qanunun geriyə qüvvəsinin həmin müddəya tətbiq olunması üçün əsas yaranmışdır.Yaqubov İlqar5

Eyni zamanda, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş 02 oktyabr 2017-ci il tarixli dəyişikliklərə əsasən “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinin 4-cü hissəsindən, 33-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndindən və 34-cü maddəsinin 1-ci hissəsinin 9-cü bəndindən “ləyaqətsiz” sözü çıxarılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində göstərilən müddəaya əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüqiq aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Yaqubov İlqarLakin təəssüflə qeyd etmək istəyirəm ki, insan, ailə, uşaq həyatı və talehi həll olunan mühüm bu göstərilən amillər apellyasiya məhkəməsinin hakimləri tərəfindən cəmi 15-20 dəqiqə müddətində guya baxılmış, göstərilən müddüalar üzrə hec bir araşdırma aparılmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması göstərişini almış hakim Valeh Ağayev siyasi sifarişi məharətlə yerinə yetirmiş, iddiam yenidən təmin olunmamışdır.

Mən buna heç də təəcüblənmirəm, cünki məhkəmə hakimləri əksər hallarda notarius funksiyasını həyata keçirib, hakimiyyətin yuxarı eşalonundan aldıqları göstərişə uyğun qərarlar qəbul edərək, möhür vurmaqla işlərini bitmiş hesab edirlər. Bununla da əvvəlcədən hazırlanmış və şou xarakterli olan siyasi sifarişli məhkəmə qərarının qəbul olunmasının bir daha canlı şahidi oldum.yaqubov7

Ancaq bu qərarları, hökümləri qəbul edən hakimlərə sual etmək istərdim ki, görəsən onlarda bir Allaha İnam, Uca Allah qorxusu, insanlıq, müsəlmanlıq, din, iman, əqidə, şərəf,cənnət və cəhənnəm anlayışı var ya yox, əlbəttə ki, yoxdur. Qanun qorxusu onlar üçün olmadığını hamı bildiyi kimi, mən də coxdan bilirəm.

Yaqubov İlqarBununla işimi bitmiş hesab etmirəm, siyasi sifariş əsasında pozulmuş hüququmun bərpa olunması üçün hüquqi müstəvidə mübarizəmi sona qədər davam etdirəcəm, Apellyasiya qərarını alandan sonra, sonuncu qanunsuz qərardan Ali Məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyəm.Yaqubov İlqar Məqsədim ölkədaxili bütün məhkəmə instansiyalarını keçəndən sonra, onsuzda bilirəm ki, Azərbaycanda pozulmuş hüquqlarımın bərpası qeyri-mümkündür, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdir. Əminəm ki, Qanunların, İnsan Hüquq və Azadlıqların aliliyi bərqərar olunan Avropa İnsan Haqları Məhkəməsində pozulmuş hüquqlarımın bərpasına nail olacağam. Bunlar mənim həyatda yaşamaq və mübarizə aparmaq amilimdir.

Yaxşı bir misala da istinad etmək istərdim: ”Yıxılsan səni qaldıracaqlar, əgər ruhdan düşsən, səni tapdalayacaqlar”. Əqidəsi, əməli və mübarizə yolu düz olan insanlara ancaq onu arzulardım ki, haqq yolunda olan mübarizədən dönməsinlər və hec vaxtı da ruhdan düşməsinlər.

Sonda onu qeyd etmək istərdim ki, “cəhənnəmdə” əksər azərbaycanlı nazirlərin, məmurlarının və hakimlərinin əlindən yer olmayacaq”.

5cd3404b81e1b1afeecd5ba49e2fa4df XL

 

 

 

 

 

 

 Məqaləni hazırladı: Polis Akademiyasının sabiq müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oğlu

Yaqubov İlqar10yaqubov ilqar 11

Oxunuş sayı 2015 dəfə
Şərh vermək üçün giriş edin
Top