Bazar, 31 Dekabr 2017 21:00

İki ildən sonra Almaniyadan deport edildi – Vəkil səhlənkarlığı

Azərbaycan təbii resurslarla zəngin olsa da, siyasi hakimiyyətin yarıtmaz siyasəti nəticəsində vətəndaşları səfil günündə yaşayır. Bəziləri isə Avropa ölkələrinə sığınır.

Hakimiyyətin yaratdığı çətinliklərdən qaçan vətəndaş bəzi halda sığındığı ölkədə problemlərlə də üzləşir.

Xeber.İnfo-a daxil olan məlumata görə Nazim Əsgərov adlı bir azərbaycanlı ailəsi ilə birlikdə xoşagəlməz hadisə ilə üzləşib. O, 2016-cı ilin ilk aylarında Almaniya Federativ Respublikasına gedərək, siyasi sığınacaq istəyib.

N.Əsgərov sığınacaq almaq üçün sorğu-sual olunub. Həyat yoldaşı isə hamilə olduğuna görə dindirilməyib. O, hüquqlarını müdafiə etmək üçün 200 evro ödəniş etməklə vəkillə müqavilə də bağlayır. (Rechtsanwalskanzlei Özden Aldirmaz Neusser Str. 384 50733 Köln)IMG 20171228 WA0007

N.Əsgərov ailəsi ilə birlikdə bu ölkədə sərbəst yaşamış, dövlətin qaçqınlara ayırdığı imtiyazlardan bəhrələnmiş, alman dilini öyərnməyə, işləməyə çalışmış, uşaqları məktəbə getmişdır. 3-cü uşağı Almaniyada doğulsa da, uşaqlarından biri burda dünyasını dəyişib və Duisburq şəhərində dəfn edilib.

26.12.2017-ci il tarixində gecə saat 04.00 radələrində polis əməkdaşları N.Əsgərovun yaşadığı evə gələrək ailəsi ilə birlikdə polis idarəsinə aparmış, Almaniya Federativ Respublikasından Dublin sazişinə əsasən Litva dövlətinə göndərilmişdir. Qeyd etmək istərdik ki, deportasiya olunacağı barədə ona nə şifahi, nə də ki, yazılı məlumat verilməmişdir. Litva dövləti N.Əsgərovasığınacaq verməkdən imtina etmiş, onu Azərbaycanın Litvadakı səfirliyinə apararaq, Azərbaycana deportasiya edilməsi üçün sənədlər tərtib olunmuşdur.

N.Əsgərovun vəkili Özden Aldirmazla isə onunla hec bir müqavilə bağlamadığını və pul verilmədiyini iddia edir. Lakin vəkillə sonra əlaqə saxlamaq mümkün olmayıb. Nəticədə ailə və uşaqların müqqəddaratının həll olunduğu məsələyə biganə yanaşaraq vəkil adına və vəzifəsinə yaraşmayan, insanlığa sığmayan hərəkətlərə yol vermişdir.

Ailə üzvüləri həm maddi, həm mənəvi və psixoloji gərginlk içində yenidən Azərbaycana qaytarılaraq, bundan əvvəl yaşadıqları cətinliklərdən də əlavə ağır sınaqlarla üzləşmə məcburiyyətində qalmışlar. 

Oxunuş sayı 5635 dəfə
Şərh vermək üçün giriş edin
Top