Çərşənbə, 16 Yanvar 2019 21:04

Pis qidaya görə ölüm "reytinqi". Azərbaycan 6-cı yerdədir

Almaniyada yerləşən Fridrix Şiller adına Yen universitetinin alimləri düzgün qidalanmamaq üzündən ölüm hallarının ən çox olduğu ölkələrin reytinqini hazırlayıblar. Siyahının ilk onluğunda keçmiş sövet ölkələri yer alır.

Almaniyada yerləşən Fridrix Şiller adına Yen universitetinin alimləri düzgün qidalanmamaq üzündən ölüm hallarının ən çox olduğu ölkələrin reytinqini hazırlayıblar. Siyahının ilk onluğunda keçmiş sövet ölkələri yer alır. Tədqiqatın aparılmasını Ümumdünya Səhiyyə Təşkilatı sifariş verib.

Siyahıda 1-ci yeri Özbəkistan tutur, orada hər 100 000 nəfərə 394 ölüm halı qeydə alınıb. Bundan əlavə hər il bu ölkədə 65 000 nəfər ürək-damar xəstəlikləri nəticəsində ölür. Bu ölümlərin hamısı pis qida ilə əlaqəlidir.

56 ölkə üzrə aparılan tədqiqatın ilk onluğu (hər 100 000 nəfərə ölüm halı):

  • Özbəkistan (394)
  • Türkmənistan (376)
  • Qırğızıstan (350)
  • Ukrayna (349)
  • Moldova (328)
  • Azərbaycan (319)
  • Belarus (313)
  • Tacikistan (310)
  • Qazaxıstan (306)
  • Rusiya (291)

Tədqiqat müəllifləri bildirirlər ki, bu ölkələrdə yeməyin tərkibində duz yüksək miqdarda olduğundan vətəndaşlar müxtəlif xəstəliklərdən əziyyət çəkiblər, bundan başqa onların rasionlarında tərəvəz, qoz-fındıq və taxıl məhsulları olduqca az olub.

Qərbi Avropa ölkələrində isə vəziyyət Asiya və Şərqi Avropadan xeyli yaxşıdır. Bu regionda Almaniya pis qidalanmaya görə 100 nəfərdən çox adamın öldüyü yeganə ölkədir. Alimlərin gəldiyi qənaətə görə İspaniya, İsrail və Fransa ən yaxşı qidalkanan ölkələrdir. Bu ölkələrdə bu cür ölümlərin sayı hər 100 000 nəfərə 43-46 nəfərdir.

Alimlər deyirlər ki, balanslaşdırılmış pəhriz sayəsində hər 5-ci erkən ölümü qabaqlamaq olar.

Oxunuş sayı 491 dəfə
Şərh vermək üçün giriş edin
Top