Çərşənbə, 06 Fevral 2019 20:04

Caniyevin sonu; Vida yazısı kövrək və ümidsiz notlarla

Bildiniz də nə deyirəm?:)

Deməli, bir xeyli düşünəndən sonra belə qərara gəldim. Daha doğrusu, qərara gəlmişdim, amma növbədənkənar elan etməyimə Cəmil Məmmədli bais oldu. Nöşün ki, ölkədə növbədənkənar seçkilər keçirirləcək. Bu isə o deməkdir ki, mən... namizədliyimi verəcəm deputatlığa. Özü də Lənkərandan. Son bir həftədə yazılarıma münasibətdən məlum oldu ki, mən artıq deputat olmağa layiqəm. Çünki "ruşinfikə toloşon" nəzərində əməlli-başlı satqınammış - bu da bəs edir. Kimin etirazı varsa, indiki deputatlarımıza baxsınlar )))))))))))))
"Millətçi, dövlətçi" əleyhdarlarım da çoxdan məni separatçı sayırlar - bu da elə o deməkdir ki, mən deputat olmağa layiqəm! etirazı olan MM-intərkibinə baxsın.
Qalır bircə o ki... aydınlaşdırım, görüm haqqımda fikriniz nədir. İndidən deyin, namizədliyim veriləndə day əziyyət çəkib yazmayasınız. Yəni şərti fb-də kəsək, seçkidə yabalaşmayaq.
Özüm etiraf edirəm:
- 50 yaşımacan bir 500 dekalitr spirtli içki qəbul etmişəm!
- 50 yaşımacan bir 50 xanımla isti münasibətim olub - 5-i ilə Azərbaycanda, 45 i ilə rusiyada: Xoşqədəmlik günahlarım yoxdur!
- 50 yaşımacan bir 500 çap vərəqi həcmində yazı yazmışam!
- 50 yaşımacan bir dəfə 5 ildən 1 iləcən az azadlıqdan məhrum edilmişəm - 1 il 3 ay 20 günə çıxmışam!
- 50 yaşımacan bir 50 min dollar borc eləmişəm - 5 minini bağışlayıblar, 5 minəcən qalıb, 500-əcəni də yaxın günlərdə qaytaracam!
- 50 yaşımacan Bakıda 50 evdə kirayənişin qalmışam - neyləsəm də bu şəhərdə sakin ola bilmədim!
- 50 yaşımacan 50 dost qazanmışam ki, 50 min yevrodan artıq yardım edib - bunu gəlir deklarasiyası bəndində sayın.
- 50 yaşımacan 50 məmurdan və 5 prezidentimizdən tənqidi yazı yazmışam, heç biri nə məni söyüb, nə təhqir edib, amma müdafiəsinə qalxdığım 5 nəfərin həm özü, həm də 50 qohumu şeytanın da ağlına gəlməyən namərdlikləri edib!
Səmimi şəkildə bildirdiyim bu "çatışmazlıqlara" kimin əlavəsi varsa, yazsın, yoxsa ki, mən namizədliyimi verəndə rəqiblərimə qoşulub kampaniyaçılıq etsələr, özümü "Siyavuş Novruzov" kimi aparacam. Bax, bəri başdan dedim.
Hə, fikriniz nədi?

***
Oxudunuz buracan? İndi kişi kimi deyin, nə qədər "komplo" gəldi ağlınıza və bunu oxuyana qədər, heç vaxt nə üzümə, nə də arxamca demədiyiniz nə qədər ittihamınız-"faktınız" üzə çıxdı?
Biləsiniz - mən iddiası olan adam deyiləm və heç nə də istəmirəm. Bu yaxınlarda taksi firmalarından birinə işə düzələcəm. Yazı da yazmayacam! Bir sətir də!
BU sonuncusu idi və nə demək istədiyimi anlayanlara səcdələr və sevgilərlə xudahafizləşirəm... çünki həqiqət bu ölkədə heç vaxt həzm olunmayacaq! Həqiqət də fərmanla tətbiq olunası nəsnə deyil. Bu ölkənin prezidentindən hambalınacan heç kim həqiqəti istəmir! Həqiqət hamının olmaqdansa, hər kəsin öz həqiqəti var, hamını həqiqəti bir olmayanda həyat qırxayaq əzabıdır!

***
MƏHKƏMDƏ SON SÖZÜM:
Bir gün şah ölür, carçılar xalqa xəbər çatdırır ki, davay, sabah tökülüşün meydana, şahlıq quşu uçurdulacaq. Söz vaxtına çəkər, bir ağayla da nökər namaza qalxır və ağa namazı qılıb qurtarır, səcdədə allaha yalvarır ki, ya rəbbim, sabah o quş başıma qonsa, bu xalqa cənnət yaşadacam. amin! nökər deyir amin! indi nökər namaz qılır, səcdədə deyir ki, ya rəbbim, o quş başıma qonsa, bu xalqın anasını ağlar qoyaram, büdcəsini dağıdaram, məscidlərini gecə barına döndərəcəm, siyasi məhbuslarla dolduraram həbsxananı, polislərin dəyənəyi altında əzərəm şəhid analarını, qaziləri kreditdə boğub özlərini özlərinə yandırtdıraram! amin! Ağa dinmir. Nökər qayıdır ki, mənim amin borcumu qaytar! Ağa çar-naçar amin deyir. Və... səhər tezdən nökərin üzünə qapını bağlayır gedir meydana.
Quşu uçurdurlar. Quş şassisi açılmayan təyyarə kimi "kruq" vurur, qayıdır "avariynı posadka" edir. "MSK Məzi" xəstəxanada, "sentral"da, mərkəzi klinikada kim qalıbsa, gətizdirir.
Şahlıq quşu növbəti dəfə "kruq" vurur, yenə həmən həmən.
Bu dəfə at tövləsi, it damı, qoyun ağılı, harda kim dünəndən vurub yatıbsa, axtarıb tapıb gətirirlər, o cümlədən də ağanın nökərini.
Quşu bir də uçurdurlar və quş düz gəlib qonur nökərin başına!
Ağa görür ölkə əldən gedir, "Məzi"yə deyir ki, bu gijdi, nökərim olub, seçkinin nəticələrini ləğv edin. İkinci dəfə də elə. Ağa ATƏT-in, BMT-nin, Exit-pollun nümayəndələrini inandırır, seçkinin nəticələri ləğv olunur. Nökər də axşamkı söhbətə görə səsini çıxarmır. Deyir ağam olub, çörək verənim olub, nə deyirsə düz deyir.
Əlqərəz, 3-cü dəfə razılaşırlar ki, kimin başına qonsa odu kassasiya şikayəti qəbul olunmur.

Quş gəlir "posadka" edir... nökərin başında.
Ağa qəflə-qatırını götürür qaçır Almaniyaya mühacirətə.
İki aydan sonra ölkə olur zibil. Vəzir-vəkil fikirləşir ki, Ağanı tapaq, bundan xahiş eləsin ki, boltları bir az boşaltsın. "Nökər şah"ın Əlisi, Cəsarəti, Bəxtiyarı (üzümə durmasalar da, işverənlik edənlərin adıdı) xəbər çatdırırlar ki, bəs ağanı gətirirlər.
"Nökər-şah" da tapşırır ki, bu düdüyü gətirəndə SDK-da nəyi var alasınız, şəhərə girəndə üst-başında olanı götürərsiniz, saraya girəndə lüt soyundurub buraxarsınız içəri - amma elə edin ki, buracan gəlsin.
Elə də edirlər, Ağanı lüt buraxırlar şahın yanına.
"Nökər-Şah" deyir:
- Ə, dümbələk, sən ağıllı olarsan, allah, sən mərhəmətli olarsan, allah, sən böyük olarsan, allah...
Əlbəttə ki, bütün sualların cavabı allah olur.
- Ə, donqıli, mənim yanımda sən demədin bu xalqa cənnəti yaşadacam, mən demədim amin? Sənin yanında mən demədim bu xalqı cəhənnəmə vasil edəcəm, sən demədin amin? Bəs onda nəyə gəlibsən?
***
Deməyim o ki...
Bildiniz də nə deyirəm?
Gedin eynullanı oxuyun...
İsrail Musayev yazmır!
Hikmət Sabiroğlu çəkilib inzivaya!
Zöhrab Əmirxanlı öldü!
Məmməd Süleymanov haralardadı bilinmir!
Şahvələd Çobanoğlu neyləyir, bir xəbər yox!
Mirzə Sakit, Qənimət Zahid didərgin olub yazsalar da, desələr də, neyləyirsiniz ki, dinləyəsiniz, oxuyasınız?
Qurban Məmmədovu kirə çıxarın!
AHC-ni, AXCP-ni, Müsavatı alın, satın, dəfn edin!
Nəbadə birdən həqiqəti deyənlərin həqiqətini qəbul edərsiniz ha, amanın günüdür! Etməyin, eləməyin!
Hadı Rəcəbli ilə Cavanşir Paşazadənin seçiciləri olaraq qalın! Hadini, Cavanşiri deputat edən partiyanın Siyavuşunu dəstəkləyin!
Siz də yalandan gopa basın, sizə də yalandan gopa bassınlar və özünüzü... xoşbəxt sayın! Həə, bir də baxın, görün nənələrinizin nikolaydanqalma gəlinlik sandığında, onikitaxta tumanlarının qatları arasında daha hansı böhtan qalıb, tapıb eşələyin çıxarın, atın sizə həqiqəti deyənlərin üstünə.
və rəhmətullahi və bərəkatuhu!
mən getdim "taksovatlıq" etməyə. Görəcəm kimi deputat seçməyinizi!

Oxunuş sayı 635 dəfə
Şərh vermək üçün giriş edin
Top