Şənbə, 09 Mart 2019 18:32

Gənc xoreoqrafdan nazirə açıq məktub

Gənc xoreoqraf Şəhriyar Cəfərov müdafiə naziri Zakir Həsənova açıq məktub ünvanlayıb.

Xeberinfo.de Ş.Səfərovun nazirə məktubunu təqdim edir:

“Mən Şəhriyar Cəfərov 2011-ci ildən Müdafiə Nazirliyi Həzi Aslanov adına Zabitlər Evində ansanbulun xoreoqraf, məşqci, pedaqoq vəzifəsində işləmişəm. 2018-ci ilin noyabr ayında ştatım ləvğ olunur. Qanuna görə rəsmi olaraq iki ay əvvəldən xəbərdarlıq edilməliydi. Heç bir xəbərdarlıq olmadan ixtisar olundum. Başqa ştatla təmin olunmağımı istəsəm də, razılaşmadılar. Anam ankoloji xəstə idi və 04.01.2019-cu il tarixdə vəfat etdi.

Ansanbulun rəqs qrupunun xoreoqrafi, baletmeystri ştatı olmadan rəqs ifaçıları necə idarə oluna bilər? Bir orkestrin dirijoru olmadan idarə oluna bilərmi? Bu sualım hələ də cavabsız qalır. Hələ də ansanbulun Baletmeystr və Xoreoqrafi yoxdur.

2019-cu ilin yanvar ayında ştatın adı dəyişdirilib - Rəqs üzrə repetitor. Amma vəzifə olaraq, eyniliklə həmin ştata heç bir xoreoqrafiya təhsili olmayan birini təyin ediblər.

Mən Rusiyada təhsil almışam, SSRİ-nin Xalq artisti Mahmud Esambayevin yeganə azərbaycanlı tələbəsiyəm (1984-1986). Ali təhsilli xoreoqraf-rəqqasam. Beynəlxalq müsabiqələr lauriyatiyam. Azərbaycanda Xocalı və 20 Yanvar mövzusuna xoreoqrafik qurluşlar edən ilk xoreoqrafam. Bu quruluşlar Azərbaycan dövlət televiziyasında təqdim olunub və arxivdə qorunur. Hərbi ansanbulda işlədiyim dövrdə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışam.

Ansanbulun repertuarında quruluş verdiyim rəqslər və xoreoqrafik kompozisiyalar indi də ifa olunur. Dəfələrlə yuxarı komandanlığın qəbuluna yazılsam da, qəbul baş tutmayıb.

Cənab nazir, mənə və sənətimə qarşı olan haqsızlığa aydınlıq gətirilməsini, bu yaranmış problemin araşdırılmasını sizdən xahiş edirem“.

Oxunuş sayı 697 dəfə
Şərh vermək üçün giriş edin
Top