Çərşənbə axşamı, 19 Mart 2019 01:07

Bəxtiyar Tuncaya qarşı zorakılıq edilib

Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay Mütəşəkkil Cinayətkarlığa qarşı İdarəyə aparılıb və zorakılığa məruz qalıb. Bu barədə AXH-nın üzvü Tural Abbaslı facebook səhifəsində məlumat yayıb.

Xeberinfo.de həmin statusu olduğu kimi təqdim edir:

"Bu gün sadə, səmimi insan, savadlı alim, əxlaqlı ziyalı, fədakar mübariz, AXH İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay bəyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar. Orada hansısa idmançı görkəmli şəxs onu birbaşa idarə rəisinin otağında siyasi çıxışlarına görə təhqir edərək fiziki zor tətbiq edib. 4 saat onu orada işgəncəyə məruz qoyduqdan sonra sərbəst buraxıblar. Bu nə özbaşnalıqdır, bu nə qanunsuzluqdur? 
Bir yandan prezident əfv fərmanı imzalayır, siyasi, iqtisadi açılımdan söhbət açılır, digər tərəfdən də belə zorakılıq və vandallıq. Mən bu düşüncədəyəm ki, iqtidarda kimlərsə vəziyyətin gərginləşməsində, ortamın radikallaşmasında maraqlıdır. Yoxsa, bunun nə izahı ola bilər? Mən buradan bütün səlahiyyətli dairələrdən bu qanunsuzluğa reaksiya vermələrini və mövqe nümayiş etdirmələrini tələb edirəm".

Oxunuş sayı 772 dəfə
Şərh vermək üçün giriş edin
Top