Çərşənbə axşamı, 26 Mart 2019 11:18

Sahibkarlara kompensasiya verilməyəcək?!

Kəmaləddin Heydərov: "Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm"

"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır".

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: “Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

Oxunuş sayı 783 dəfə
Şərh vermək üçün giriş edin
Top