Çərşənbə axşamı, 02 Aprel 2019 19:35

İranda baş verən daşqınlarda ölənlərin sayı 57-ə çatıb

İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 57-ə çatıb, 478 nəfər də xəsarət alıb.
Bu barədə Fövqəladə Hallar Departamentinin sözçüsü Müctəb Xalidi bildirib.
"Leysan yağışlar nəticəsində meydana gələn süllər nəticəsində ölkə boyu 57-dək insan ölüb, əksəriyyəti Şiraz şəhərinin payına düşür” – deyən M.Xalidi daşqınlar başlayandan etibarən zərərçəkənlərin sayının 478 olduğunu, onlardan 430 nəfərinin artıq xəstəxanalardan evə buraxıldığını diqqətə çatdırıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində 44 nəfərin həlak olduğunu, 119 nəfərin xəsarət aldığı açıqlanmışdı.

Oxunuş sayı 744 dəfə
Şərh vermək üçün giriş edin
Top