Bazar ertəsi, 08 Aprel 2019 22:37

Arqument.az saytına giriş məhdudlaşdırıldı

Azərbaycanda tanınmış xəbər saytlarından olan Arqument.az-a ölkədən giriş məhdudlaşdırıb. Bu barədə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib.  

O bildirib ki, günorta saatlarından sonra saytın fəaliyyətində məhdudiyyətlər meydana gəlib. Onun sözlərinə görə, proqramçılar sayta blok qoyulduğunu deyirlər. “Amma bizə hər hansı bildiriş gəlməyib”.

Şəmşad Ağa saytın bloklanmasının konkret səbəbləri barədə dəqiq heç nəsa deyə bilməyəcəyini vurğulayıb. O güman edir ki, bloklanma Cəlilabadda aksiyanı işıqlandırdıqları üçün belə bir addımın atılması mümkündür.

Oxunuş sayı 688 dəfə
Şərh vermək üçün giriş edin
Top