Çərşənbə axşamı, 09 Aprel 2019 12:07

Deputat yalan danışır - Ekspert faktlarla sübut edir

Ötən günlərdə deputat Elman Nəsirli mətbuata verdiyi açıqlaması müzakirələrə səbəb olub. Deputat açıqlamasında Azərbaycanda 1992-1993-cü illərdə əhali artımının olmadığını iddia etmişdi.

Ekspert Zöhrab İsmayıl isə millət vəkilinin yalan danışdığını qeyd edərək, bunu rəqəmlərlə sübut etməyə çalışıb. “Deputat Elman Nəsirov yalan danışır. Azərbaycanda əhalinin artım tempi 1990-cı ilin əvvəllərində indikindən yüksək olub. Dövlət Statistika Komitəsinin və Dünya Bankının məlumatları bunu göstərir. Əhalinin artım tempi 1992-ci ildə 1.55%, 1993-cü ildə 1.47%, 2018-ci ildə isə 0.98% olub. 2019-cu ildə isə bu temp 0.91%-ə düşəcək. Ümumiyyətlə, Azərbaycanda əhalinin artım tempi 1962-ci ildə ən yüksək (3.5%), 1999-cu ildə ən aşağı (0.8%) qeydə alınıb. Artım tempi sonradan 2012-2013-cü illərdə 1.3% həddinə çatsa da, sonrakı dövrdə yenə azalmaqdadır”.

Oxunuş sayı 743 dəfə
Şərh vermək üçün giriş edin
Top