Çərşənbə, 14 Avqust 2019 05:07

68 yaşlı siyasi məhbusun səhhəti pisləşib

Siyasi məhbus Eldar Bünyadovun vəziyyəti pisləşib. Şəkərdən, yüksək təzyiqdən, revmatizmdən əziyyət çəkən 68 yaşlı Eldar Bünyadovun son günlər səhhəti ağırlaşıb. Bu barədə Xeberinfo.de-ə ailəsi məlumat verib. 
Məlumatda bildirilir ki, Eldar Bünyadov hətta bir dəfə huşunu itirib, həkim müdaxiləsindən sonra özünə gəlib. 
Qeyd edək ki, Eldar Bunyadov 2015-ci il "Nardalan işi"nə görə günahlandırılıb, 12 il 3 ay azadlıqdan məhrum edilib. Həmin hadisə ilə heç bir əlaqəsi olmayıb, hətta hadisə baş verəndə öz evində olub. Yaxınları iddia edirlər ki, Bünyadov soyadına görə həbs olunub. Rejim bu soyadı daşıyanları cəzalandırır, Eldar Bünyadov da soyadının qurbanıdır. 
68 yaşlı günahsız bir insanın Əliyev rejimi tərəfindən işgəncələrə məruz qalması hüquq adına böyük rüsvayçılıqdır. Hamını Eldar Bünyadovun azadlığını tələb eləməyə səsləyirəm. Günahsız və imanlı bir şəxsin həbsxanada ölməsi bizim üçün böyük zəlalətdir!

Oxunuş sayı 890 dəfə
Şərh vermək üçün giriş edin
Top