Cümə, 13 Sentyabr 2019 18:52

Məcburiyyətdən ölkəni tərk edənlərin aibəti

Almaniyanın Hermefkeil şəhərində yaşayan, 34 yaşlı Bağırov Emil Əliş oğlu, özünə qəsd edib. O, 2017-ci ilin yanvar ayında Almaniyaya gəlib və sığınacaq üçün müraciət edib. 11 sentiyabır 2019-cu ildə saat 17 radilərində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosialın binasına girib, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb. Ağır yanğından koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb.

Bundan öncədə, iyulun 20-sində Almaniyanın Deggendorf şəhərində qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay, dərman içməklə intihar edib.

Dinimizə görə, özünə qəsd etmək haram əməldir və Allahın vəd etdiyi cəhənnəmə atılacaq. Görünür Azərbaycana dönmək, cəhənnəmə düşməkdən daha faciəlidir.

Qeyd edim ki, vətəndaşlarımız bir neçə səbəbə görə ölkəni tərk edirlər. Onlardan ən əsası rejimin qanunsuz təqibləri və təzyiqləridir. Əliyev ailəhakimiyyəti dövründə minlərlə azərbaycanlı mühacirət həyatı seçib, elə o qədər də siyasi məhbus həyatı yaşayıb və yaşayır. Son 10 ildə siyasi məhbusların sayı 100-dən aşağı düşməyib. İnsanlar həbs və işgəncədən qaçır, xarici ölkələrə sığınırlar. Lakin rejimin təhdid və təzyiqləri davam edir.

Hakimiyyət onu tənqid edənləri susdurmaq üçün hər cür çirkin vasitəyə əl atır. Avropada əli çatmadığı şəxslərin Azərbaycanda yaşayan qohumlarını incidir. Onları təhdid edir, polisə aparır, həbsə atır, qohumluqdan imtinaya məcbur edir və sair. Amma unudurlar ki, bu metod bumeranq effekti verir. Yalanla uzağa getməyin mümkün olmadığını isə rejim anlamır.

Düşünürəm ki, Azərbaycanda müxalifətçi olmaq böyük təhlükə ilə üz-üzə dayanmaqdır. Bu təhlükələri Avropa cəmiyyətinə çatdırmaq isə biz mühacirlərin birinci vəzifəsidir. Avropada işgəncə və şiddət olmadığı üçün hökumətin davranışı anlaşılmır.

Cənablar, biz kefdən deyil, məcburiyyətdən ölkəni tərk etmişik. Lütfən, anlayışla qəbul edin və insanların qürbətdə intihara cəhd etmələrini hökumətin gətirdiyi faciə kimi qiymətləndirin!

Valeh Hüseynli

Almaniya

Oxunuş sayı 807 dəfə
Şərh vermək üçün giriş edin
Top