Cümə, 13 Sentyabr 2019 22:20

Almaniyada "Siyasi məhbuslara azadlıq kampaniyasına sən də qoşul" askiyası keçirilib

Bu gün (13.09.2019) Almaniyanın Giesen şəhərində "Giessener Allgemeine" qəzetinin qarşısında "Siyasi məhbuslara azadlıq kampaniyasına siz də qoşulun" şuarıyla aksiya keçirilib. Bu barədə Xeberinfo.de-ə aksiyanın təşkilatçısı Ramil İsgəndərli məlumat verib.

R.İsgəndərlinin sözlərinə görə, aksiyada siyasi məhbuslar və diktator ailə hakimiyyəti haqqında şuarlar səsləndirilib, çıxışlar olub.

Aksiyanın keçirilməsindən məqsəd, alman mətbuatının diqqətini Azərbaycanda baş verən hadisələrə yönəltmək olub. 

Oxunuş sayı 914 dəfə
Şərh vermək üçün giriş edin
Top