Bazar ertəsi, 16 Sentyabr 2019 08:19

Milli Şuranın mitinq qərarına mühacirdən dəstək

Valeh Hüseynli: “28 sentyabra təyin olunmuş mitinqlə bağlı, hamını real qüvvə ətrafında birləşməyə çağırıram“

Milli Şura bu ayın sonuna növbəti etiraz aksiyasının anonsunu verib. Xeberinfo.de- in məlumatına görə, Almaniyada yaşayan mühacir Valeh Hüseynli aksiya qərarını dəstəklədiyini bildirir: “ 28 sentyabra təyin olunmuş mitinqlə bağlı, hamını real qüvvə ətrafında birləşməyə çağırıram. O qüvvə ki, sovet ordusunu Azərbaycandan çıxarmağa nail olmuş, Azərbaycan tarixində ilk dəfə demokratik seçki yolu ilə hakimiyətə gəlmiş və bu gün də rejimin açıq hədəfindədir. Bu qüvvə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. O düşüncədəyəm ki, bu partiyanın yeritdiyi siyasət doğrudur. Məsələn, Azərbaycandakı bütün kəsimləri açıq şəkildə müdafiə edir, bu da xalqın bir nöktəyə hədəflənməsini saxlaya bilər. Çünki AXCP öz mövqeyin heç zaman dəyişməyib. Bununla da xalqın böyük əksəriyətinin rəğbətini qazanıb“.

V.Hüseynli çağırış da edib: “Əziz həmvətənlər, vətəndaşın istedad və qabiliyyətlərinin inkişafına imkan verməyən hakimiyətə tabe olmamaq hüququ var. Bu da o anlama gəlir ki, vətandaşlar hakimiyəti mitinq, küçə yürüşləri ilə, həmçinin inqlab (düşüncə inqilabı. redaktor) yolu ilə dəyişmə hüququ var. Biz xalq olaraq bu hüququmuzdan istifadə edərək, dinc yolla hakimiyəti dəyişməliyik. Çünki bu hakimiyət xalqın bütün hüquqlarını məhdudlaşdırıb,

Qəsbkar hakimiyyəti durdurmaq xalqın birliyindən və davamlı mübarizəsindən keçir. Eyni hədəf uğrunda birləşməli, eyni zindanı çəkicləməliyik. Əks halda bizi bütün yollar uçuruma aparacaq“.

Oxunuş sayı 771 dəfə
Şərh vermək üçün giriş edin
Top