Çərşənbə, 18 Sentyabr 2019 20:58

Bütün dərdlərimizin dəvası - hüquq və ədalət

Əliyevlər hakimiyəti dövründə, Azərbaycanda hüquq və ədalət anlayışı demək olar ki, aradan qaldırıldı.

Biraz keçmişə nəzər salsaq Heydər Əliyev 69-ci ildə, hakimiyətə gəldikdən sonra, saxta raportlar hazırlatdıraraq, bütün sahələr üzrə iqtisadi rəqəmləri şişirdirdi, bu da dövlətin təməlini sarsıtmağa meylli addım idi.

Azərbaycanda kütləvi boşanma, intihar hallarının çoxalmasının təməlində, hüquqsuzluq və ədalətsizlik diyanır. Pafoslu səslənir, başa düşürəm, ancaq ədalətin bərqərar olmadan bizə yaxşı heç nə vəd olunmur. Ölkədə ədalətli rəqabət mühitinin olmaması, insanların qeyri-bərabər imkanlara sahib olmaları ümüdsüzlük yaradır.

Yalnız ədalət anlayışı üzərində inşa olunmuş bir idarəetmə mexanizmi insanların dövlətə inamını artıra bilər. Ədalətin olduğu yerdə, haqq etdiyiniz şeylər sizin üçün heç vaxt əlçatmaz görünməyəcək. Ədalətin olduğu yerdə, ümüdsizlik və inamsızlıq olmayacaq. Ədalətin və hüququn olduğu yerdə kimsə xalqın pullarını oğurlamağa kimsə cəsarət göstərməyəcək.

Yuxarıda qeyd etdiyim məsələlərin həlli, bizim birliyimizdən keçir, güclü olaq ki, hüquq və ədaləti ölkəmizdə bərqərar edə bilək. Nə qədər ki, biz parçalanacağıq, ölkəmizdə yadellilərin işğalı davam edəcək.

Bunu unutmayın, ədalət və hüquq gələcəyimizin təminatıdır.

Valeh Hüseynli

Oxunuş sayı 1036 dəfə
Şərh vermək üçün giriş edin
Top