Cümə, 20 Sentyabr 2019 14:50

Siyasi məhbusun ayaqları və gözləri tutulub

Azərbaycan İslam Partiyası Astara rayon şöbəsinin sədri, siyasi məhbus Ruhullah Axundzadənin vəziyyəti ağırlaşıb. Bu baradə ailə üzvlərindən biri Xeberinfo.de-ə məlumat verib.

Mənbənin sözlərinə görə, məhbus ayaq üstə qalmaqda çətinlik çəkir: “Ayaqlarında bərk ağrıları var, təqribən 5 dəqiqədən çox ayaq üstə dayana bilmir. Artıq ağrıkəsicilər də təsir eləmir. Şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün gözlərində və ürəyində də problem var. Mikroinfakt keçirdiyi bildirilir. Ciddi müalicəyə ehtiyacı var. Müalicə də ancaq mərkəzi xəstəxanada mümkündür. Mərkəzi xəstəxanada Nicat adlı bir həkim var. Çox pis münasibət göstərdiyi üçün R.Axundzadə ora getmir. Nicat mərkəzi xəstəxananın baş həkimidir. Məhbuslardan rüşvət alır, oranı şəxsi obyekti kimi idarə edir“.

R.Axundzadə müalicə olunmsa səhhətindəki problemlər daha da ağırlaşacaq. Onun həyatı ciddi təhlükə ilə üz-üzədir – Axundzadənin ailə üzvü bildirib.

Qeyd edək ki, Ruhulla Axundzadə 2011-ci ildə 11 il 6 ay azadlıqdan məhrum edilib.

Oxunuş sayı 942 dəfə
Şərh vermək üçün giriş edin
Top