Çərşənbə axşamı, 29 Oktyabr 2019 22:57

Oktay Güləyevi maşın vurub - VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub. 
Məlumata görə, axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Səməd Vurğun bağının yanında piyada keçidindən yolu keçərkən maşın vurub. 
Hüquq müdafiəçisinin Baku City Hospitalına yerləşdirildiyi bildirilir. Oqtay Gülalıyevin vəziyyəti ağırdır, huşu üstündə olsa da, reaksiyası zəifdir, fikrini izah edə bilmir. Kəllə beyin silkələnməsi travması alıb.
Qeyd edək ki, qtay Gülalıyev və bir neçə vətəndaş cəmiyyəti fəalları oktyabrın 28-də  "İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniya başladıblar.
Kampaniyanın başlaması və kampaniya çərçivəsində nəzərdə tutulan tədbirlər barədə oktyabrın 29-da saat 14.00-da təşkilat komitəsi üzvlərinin mətbuat konfransında rəsmi məlumat verilib və Oqtay Gülalıyev çıxış edib.
Oxunuş sayı 948 dəfə
Şərh vermək üçün giriş edin
Top