Cümə, 08 Noyabr 2019 21:30

Oktay Güləliyevin komadan ayılması uzun çəkə bilər - Türk həkimlər açıqladı

Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevlə bağlı son xəbər açıqlanıb.

Oqtay Güləliyevin oğlu Təbriz Gülalıyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:

“Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Gülalıyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar. Həkimlərin bildirdiyinə görə, atamın beyin hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq...

Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.

Oqtay Güləliyev Türkiyədə - İstanbul şəhərində "Avrasiya" klinikasına yerləşdirilib.

Oxunuş sayı 938 dəfə
Şərh vermək üçün giriş edin
Top