Cümə axşamı, 26 Dekabr 2019 14:05

Bir mandatla bu boyda ləkə silinməz!

Rejimin başbiləni Parlament təyinatı ilə bağlı çox maraqlı strategiya qurub. Əvvəl kimin hardan deputat təyin olunmasını açıq deyirdilər. Hamı işini biilirdi. İndi isə rejim özündən uzaqlaşdırmaq istədiyi adamların qarşısına "rəqib" çıxarır. Bu "rəqiblər" təbii ki, mandat üçün hər yola razı olanlardır. Məsələn, İqbal Ağazadənin üstünə Rauf Arifoğlunu göndərirlər. O da uzun illərin dostluğunu bir anın içində görməzdən gəlir. Haram olsun.
Arif Rəhimzadənin qarşısına da Sabir Rüstəmxanlını dikiblər. Arif illərdir bu rejimin ən sadiq adamlarından biridir. Görünür hakimiyyətdaxili qruplardan birinə aid olduğu üçün, Parlamentin buraxılmasına etiraz etdi. Hökumət də onun xidmərlərini nəzərə alaraq, ən azı Parlamentdə 20 il eyni mövqeyi paylaşdığı Sabir Rüstəmxanlını mandatına şərik etdi.
Arifi başa düşmək olar, Sabir anlaşılan yerdə dayanmır. Adamın 70-dən çox yaşı var. Bundan sonra mandat sənin nəyinə lazımdır? Həqəqətən başa düşmürsənmi rejim səni ən alçaq oyununda alət edir? Ariflə eyni dairədən namizəd olmaq, (mandat qazanmaya da bilər), Sabir Rüstəmxanlının biabırçı şəkildə məğlubiyyətidir. Bu məğlubiyyətə öz razılığı ilə imza atırsa, Sabirin bu günə qədər bütün yazdıqları yandırılmalıdır. Özündən sonra fitnə-fəsad yaranmasın deyə, özü yandırmalıdır. Düşünürəm ki, Rüstəmxanlı kimi qalmaq istəyirsə, ya rejimin iyrənc oyununa getməməli, ya da dediyim kimi bütün yazdıqlarını və arxivini külə döndərməlidir, Sabid əfəndi.
Bir xalqın ziyalısı gözünü qırpmadan ləyaqətsiz oyunlara bulaşırsa, xalq olaraq, xilasımız çoox uzaqda görünür. Sabir Rüstəmxanlı, siz xalqın ziyalı adını ləkələyirsiz. Bir mandatla bu boyda ləkə silinməz!

Cavid Cabbarlı

Oxunuş sayı 828 dəfə
Şərh vermək üçün giriş edin
Top