Şənbə, 04 Yanvar 2020 23:11

Amerika güclü olduğu üçün haqlıdırsa, Əliyev rejimi niyə haqlı olmasın?

Güclü olduğu üçün dəstəklədiyiniz Amerika Qarabağın işğaldan azad olunması üçün nə edib?

30 il Əliyev hakimiyyətilə mübarizə aparanlar Amerikanı güclü olduğu üçün dəstəkləyirlər. "ABŞ dünyanın hər yerində var, istədiyini edir və edə bilər. Digərləri onun gücünü qəbul etməlidirlər" - kimi iddialar səsləndirir, Amerikanı mütləq qüdrət sahibi hesab edir, hər kəsin qeyd-şərtsiz itaət etməsinin vacibliyini vurğulayırlar. Xub, ABŞ güclü və acımasızdır. Kim sözünə baxmırsa, tabe olmursa əzir, öldürür, qanını batırır və qəhrəman kimi alqışlanır. Bu məntiqlə 30 illik fəaliyyətinizi inkar etmirsinizmi? Əliyev hakimiyyəti də güclüdür, acımasızdır, istədiyini edir, günahsız insanları həbsə salır, hətta öldürür. Siz niyə etiraz edirsiz, rejimə qarşı niyə müxalifsiz? Əgər Amerika güclü olduğu üçün haqlıdırsa, niyə Əliyev hakimiyyəti güclü olduğu üçün haqlı olmasın?
"Heç oğrunun günahı yoxdur"-deyə, bir məsəl var. Heç ABŞ-ın günahı yoxdur?! İraqda, Suriyada nə işi var? Ədalət deyilən bir anlayış var. Hər şeydən yüksəkdə dayanmalı, dünya məhz ədalətlə idarə olunmalıdır ki, hər kəs yaşayaşından məmnun qalsın. Dini, məzhəbi və sair amilləri kənara qoyun, özünüzü ədalətli hakim hesab edin. O zaman anlayacaqsınız ki, (çoxunuz anlayır, sadəcə yersiz inadkarlıq edirsiniz) dünyada yaranmış səfalətin və bədbəxtçiliyin səbəbkarı Amerikanın hökümranlıq iddiasıdır. Bütün dünyaya hakim olmaq üçün milyonlarla körpəni, yaşlını, qadını öldürməyibmi? Amerika əsgəri İraqda, Suriyada qadınlara qarşı hansı zorakılıqları etməyiblər? Hamınız yaxşı bilirsiniz, lakin Amerika güclüdür, ona hər şey olar, məntiqilə yanaşırsız.
Ən nəhayət, çox uğursuz formada Qarabağ məsələsini müqayisə edirsiniz. Son 10 ildə Qarabağda şəhid olanların statistikasını aparın, görəcəksiniz ki, 80, 85 faiz dinə bağlı əsgərlər olub. İmam Hüseyn deyib, sihala sarılan oğullar VƏTƏN uğrunda gözünü qırpmadan canını qurban veriblər. Saxta millətçilik və vətənşüvənlik edənlərin əksəriyyəti heç hərbi xidmətdə olmayıblar. Güclü olduğu üçün dəstəklədiyiniz Amerika Qarabağın işğaldan azad olunması üçün nə edib? Mütləq gücə sahibdirsə, bir kəlməsi ilə erməni köpəkləri torpaqlarımızı tərk edərlər. Deməli, Qarabağın ermənilərdə qalmasını istəyir. Həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Bu istiqamətdə nə zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib? Heç zaman, etməyəcək də.
Həmişə məzlumun və çarəsizin yanında olan bir generalın öldürülməsinə nədən bu qədər sevinirsiz? "Kiminsə ölümünə sevinməzlər" - kimi ata sözümüz də var axı. Ya İrana aşırı nifrət edirsiniz, ya da Amerikaya hədsiz yaltaqlanırsınız. Üçüncü variant fikrimə gəlmir.
Amma və lakin... Amerika çox böyük yanlış edib, regionda ciddi problemlərin başlanğıc düyməsini sıxıb. Siz də küçə arvadları səviyyəsində məqtul generalın arxasına vedrə bağlayırsınız.
Hə, yeri gəlmişkən, ABŞ şəhid Süleymaniyə qarşılıq ən yüksənçinli generallarından birinin könüllü şəkildə öldürülməsinə şərait yaradacaqlarını bildirib. İranla açıq müharibə istəmədiyi üçün.
Sonda; özünüzü gülüş hədəfinə çevirirsiniz. Şəhid edilmiş general haqqında kədər ifadə etmək niyə dövlətçiliyə qarşı addım olsun? Bunun məntiqli və tərəfsiz izahı verin, bacarırsınızsa. Alınmayacaq, ABŞ təşkilatlarından aldığınız qrantları qorumaq üçün əzbərinizi pozmazsınız!

Cavid Cabbarlı

Oxunuş sayı 852 dəfə
Şərh vermək üçün giriş edin
Top