Bazar ertəsi, 06 Yanvar 2020 11:20

"Gəncə işi"lə bağlı sonun qrupun məhkəməsi başlayır

Sabah "GƏNCƏ İŞİ"nın sonucu qrupunun məhkəməsi başlayır. Bu barədə təqsirləndirilən Cəfər Zalovun həyat yoldaşı Xeberinfo.de-ə məlumat verib. Onun sözlərinə görə, yanvarın 7-də saat 11:00-da Sabunçu rayon məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə Yunus Səfərovun təmsil olunduğu 12 nəfərlik qrupun ilk məhkəməsi olacaq. Məhkəmə açıqdı. 
12 nəfərlik qrupda təmsil olunanlar:
1.Səfərov Yunis Rafiq oğlu
2.Əzizov Mahir Əziz oğlu
3.Abdullayev Hamlet Ramiz oğlu
4..Əliyev Akif İsmayıl oğlu
5.Mustafayev Rasim Hafiz oğlu
6.Qurbanov Ceyhun Ələkbər oğlu
7.Zeynalov Firudin Etibar oğlu
8.Zalov Cəfər Mürsəl oğlu
9.Məmmədov Vüqar Vaqif oğlu
10.Salahov Ceyhun İsrail oğlu
11.Bağırov Anar İslam oğlu
12.Sərxani Ağa Hüseyin oğlu

Qeyd edək ki, Yunis Səfərov və qrupun digər üzvləri Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə odlu silahdan atəş açmaqda günahlandırılırlar. 

Oxunuş sayı 981 dəfə
Şərh vermək üçün giriş edin
Top