Cümə axşamı, 09 Aprel 2020 04:26

Azərbaycan şeytan yuvasından idarə olunur - Cavid Cabbarlı yazır

Dünya gündəmini zəbt edən əsas mövzu koronavirusun sürətlə yayılmasıdər. Ölüm bu qədər dünyaya yaxın olmamışdır da, deyə bilərik. Dünya hegemonlarının qurduğu sistem dağılmaq üzrədir, görünür. Təbii ki, bu təhlükə Azərbaycandan da yan keçmir, virus yayılır və can alır ölkəmizdə. Azərbaycn hakimiyyəti isə koronavirusla "əlbir" olub, xalqa divan tutur. Bu barədə faktlarla yazıram, indi deyəcəyim mövzu fərqli olduğu üçün üstündən keçirəm.
Deməli Heydər Əliyev adına mənbəyi və mənşəyi bilinməyən bir "yuva" var, Azərbaycanda. Heç bir dövlət idarəsinə tabe deyil, heç bir hakimiyyət qolu qarşısında hesabatlılığı yoxdur. Lakin ölkə bu şeytan yuvasından idarə olunur. Daha təhlükəlisi odur ki, məzlum azərbaycanlıların yeganə ümid yerləri də məhs bu şeytan yuvasıdır.
Heydər Fondu koronavirusa daha çox yoluxan ölkələrə "dəstək" məqsədilə həmin ölkələrin bayrağını nümayiş etdirir. Dünən də növbə İran İslam Respublikasının imiş. Şeytan Yuvasında İslam ölkəsinin bayrağını rəks etdiriblər, İranın səfiri Cavad Cahangirzadə cənabları da hadisəni çox böyük dəstək kimi qəbul edib, ac-yalavac Azərbaycan xalqına təşəkkürlərini sunub. Çoox yaxın keçmişdə İranla əlbir olub Azərbaycan Dövlətinə "xəyanət"də ittiham olunan günahsız insanları nümayiş etdirən AZTV də həvəslə bu dediklərimi göstərib.
Cənablar, bu gün təqribən 140 siyasi məhbus var. Onların böyük əksəriyyəti inanclılardırlar. O inanclılar və imanlı ruhanilərin bəziləri Dövlətə Xəyanət maddəsilə uzun müddətə həbs olunublar. Təbii ki, heç bir fakt və sübut olmadan. Bir müddət əvvəl həbs olunmuş Hacı İlham Əliyevi misal göstərə bilərəm. Dövlətə "xəyanət" edənlər də İranla əməkdaşlıqda suçlanırlar. Belə bir vəziyyətdə, sizcə, maraqlı sual yaranmır ki; Cənab Əliyev Hakimiyyəti, İranla əməkdaşlıq etdiyinə görə (fərz edək ki, ittihamlar doğrudur) öz vətəndaşını həbs edirsən, İrana hansı məntiqlə dəstək verirsən? Eyni qayda ilə İrana sual ünvanlayaq; Əliyev hakimiyyəti dindar, əqidəli, mömin və ziyalı vətəndaşlarını məhz sizinlə əməkdaşlılğa görə həbs edir, niyə Azərbaycanın dəstəyini qəbul edirsiniz? Bu dəstək sizin üçün nə qədər gərəklidir?
Ya İranla əməkdaşlığa görə, həbs olunan bütün məhbuslar sərbəst buraxılmalı, ya da belə oyunbazlığa yol verilməməlidir.
Hə, kimsə mollalıq edə bilər ki, dövlət siyasətidir, sənin başın girən kol deyil, filan. Xub, o zaman siyasətinizi və dövlət münasibətlərinizi oyun üzərində qurmayın. Gerçək əlaqə yaradın ki, ikinci qrup əlil Ruhulla Axundzadə həbsxanada can vermək zorunda qalmasın, Hacı İlham Əliyev zindan güşələrində gəncliyini itirməsin.
Vəssalam!

Cavid Cabbarlı

Oxunuş sayı 874 dəfə
Şərh vermək üçün giriş edin
Top