Bazar ertəsi, 20 Aprel 2020 18:49

Əli Həsənovla Vüqar Səfərlinin bütün kadrları KİVDF-dən uzaqlaşdırıldı

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.
Məlumatda deyilir ki, yeni direktorun bu addımı fondda ilkin araşdırmalardan sonra baş verib. 
İşdən çıxarılan şəxslər aşağıdakılardır: 
 
1. Aygün Süleymanova – Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;
 2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı; 
3. Aydın Quliyev – "Bakı-Xəbər” qəzetinin baş redaktoru;
4. Ramin Kərimli – Vüqar Səfərlinin bacısı oğlu,
5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, kəndçisi
6. Samir Musatafayev – Mətbuat Xidmətinin rəhbəri
7. Mehrac Babayev – "Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.
 
Mehrac Babayev milyonçu kimi tanınır.
Sayt yazır ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərliyə məlum olub. 
Bundan əlavə fondun tərkibində olan "Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işilə vidalaşı 
Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. 
 
Bu ad jurnalistlərin ev qalmaqalında çox hallanıb.
 
Məlumata görə, "Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə olmayıb, KİVDF-nın baş mühasibi və eyni zamanda "Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri olub. 
 
T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsi isə səbəbsiz olmayıb. O, Vüqar Səfərli "Azərmətbuatyayımı" ASC-nin rəhbəri olan vaxt onun katibəsi kimi çalışıb. Fondda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.
Oxunuş sayı 861 dəfə
Şərh vermək üçün giriş edin
Top