Bazar, 26 Aprel 2020 01:21

Ayıb olsun Eldəniz müəllim, ayıb - Laçın Məmişovdan "Ziyalı"ya akademik dərs

Tanınmış jurnalist, siyasi mühacir Laçın Məmişov Eldəniz Quliyevə açıq məktub yazıb. Xeberinfo.de həmin məktubu təqdim edir:

"Salam Eldaniz Quliyev müəllim!

Sizə olan münasibətimi gözəl bilirsiniz. Lakin bu münasibətlər mənim üçün nə qədər dəyərli, böyük, keçilməz olsa da, uğrunda mübarizə apardım dəyərlərdən böyük ola bilməz. Mən çalışdım ki, bir dost kimi Sizə bir neçə dəfə Arifi-Şirvan eyhamları, işarələri ilə yanlış yolda olduğunuzu izah edim və fikrimi Sizə çatdırım ki, kənardan baxanda çox iyrənc görünürsünüz. Ya Sizin arifliyiniz yetərincə olmadı, bəlkə də bir az da Sizə açıq, sərt formada fikrimi ifadə etməliydim. Amma aramızda olan yaş, xətir, hörmət, Sizin statusunuza görə yenə də Şamaxı Life Academy tərbiyəsinə sığınaraq istəmədim ki, Sizin xatirinizə dəyən bir ifadəyə yol verim.

Amma baxıram ki, yox, indi həlledici məqamdır. Ya Sizi özünüz üçün diriykən qazdığınız görun kənarından əl uzadıb uzaqlaşdırmağa sonuncu dəfə cəhd etməliyəm və yaxud uğursuz cəhd olsa, Siz diri ikən özünüz özünüzü dəfn etməlisiniz.

Siz ssenarist, kinodramaturq, ziyaılı kimi özünüzü niyə dəfn edirsiniz? Sizin bu günə düşməyinizi görmək bilirsiniz mənim üçün nə boyda sarsıntıdı, mənəvi zərbədi? Siz məgər anlamırsınız ki, bir Ölü Kərimmlinin güdazina on minlərlə, yüz minlərlə insanların inamını, ümidini dəfn edirsiniz? Dəfələrlə Sizin titulunuza, yaşınıza, statusunuza yaraşmayan statuslarınızı görmüşəm, düşünmüşəm ki, bəlkə adam emosiyalara qapılıb, indi olur da, bəzən mən də qeyri korrekt fikirlər paylaşıram. Amma baxıram ki, yox, Sizdə durum artıq xroniki həddə gəlib çatıb. Bax bu ifadəni yazarkən çox demirəm Vikipediyadakı səhifənizdə qeyd olunan filmoqrafiyanızdakı 31 filmi gözünüzün önünə gətirdinizmi? Allah Sizə can sağlığı versin. Sabah Siz həyatda olmayanda Sizi facebook əhli nəylə xatırlayacaq? Filmlərinizlə? İndidən deyim bilin - əsla! Siz qeyri-adekvat hərəkətlərinizlə bütün filmlərinizi dünəndən dəfn etmisiniz. Bütün karyeranızın üstündən Ölü Kərimli Lökbatanski adlı qırılmış bir qələmlə xətt çəkmisiniz. Hər şey cəhənnəmə, Freyddən gətirdiyiniz bu misalı oxuyandan sonra, Sizin haqqında olan qalan fikirlərim tamamilə alt üst oldu. Yəni killer "kontrolnı vıstrel" vurduğu kimi Sizə olan sonuncü ümidlərimin də kafasına sıxdınız. Bu nə ritorikadı ay Eldəniz müəllim? Sizi buna axı nə vadar edir? Çox uzağa demirəm, rəhmətlik Fuad Poladova baxın. Necə ömür sürdü, necə yaşadı? Onun oğlu @Agarahim Poladov atasına görə heç vaxt utanmayacaq. Əksinə, hər zaman qürur hissi keçirdəcək. Çünki O, Fuad Poladov boyda nəhəng şəxsiyyətin oğludur. Amma Siz nə edirsiniz? Övladlarınıza xəcalət gətirən hərəkətlər edirsiniz. Övladlarınız bunu Sizə bəlkə də heç vaxt deməyəcək, çünki Siz onların valideyinisiniz. Amma dostlarınıza övladlarınızdan da böyük zərbə vurursunuz. Rəhmətlik Arif Babayevin filmi kimi "Arxadan zərbə". Həmin filmdən söz düşmüşkən, rəhmətlik Şahmar Ələkbərovun yaratdğı Gündüz obrazının, rəhmətlik Hamlet Xanızadənin yaratdığı Oğru İmaş obrazına verdiyi sualı (filmin 27-ci dəqiqəsində, baxa bilərsiniz) Sizə vermək məcburiyyətində qalıram - Niyə özünü uşaq kimi aparırsan? Bəs deyil?

Amma Siz həmin filmdəki Oğru İmaş qədər də deyilsiniz. Oğru İmaş Sizə baxanda olduqca müsbət obrazdı.

Bu açıq məktubu Sizə yazmaq mənim üçün nə qədər ağır olduğunu tək Allah bilir. Amma yazmaq məcburiyyətindəyəm. Çünki bizim ölkənin ağsaqqalları özlərini cahil yerinə, gəncləri isə ağsaqqal yerinə qoymaq məcburiyyətində qalıblar. Çünki Siz ağsaqqallar bizim ömrümüzü qaraldıb, saqqalınızı ağartdınız. Hər yerdə də üzümüzü qara etdiniz. Nə isə, məndən bu qədər. Çox heyif, çox təəsüf edirəm və ən sonunda, yazdığınız rəzil statusdan bu hissəni xüsusi qeyd edirəm. bu sətirləri hətta Zigmund Freydin olsa belə yazarkən heç özünüzdən utanmadınızmı? Zigmundun Anasının haqqına girmirəm, kim bilir? Bəlkə ola bilsin anası qəhbə olub. Amma bizim Azərbaycan Analarımız qəhbə deyil ki, dünyaya gətirdiyi övladları da onlara seksual mənbə kimi yanaşsınlar. Ayıb olsun Eldəniz müəllim, ayıb!

Həmin tərbiyəsiz sitat:

"Freyd bu anormallığı belə izah edir: oğlan uşağı təbii olaraq öz anasına ilk seksual mənbə kimi yanaşır, lakin eyni zamanda, şüuraltı şəkildə bu istəyinə heç zaman çata bilməyəcəyini də dərk edir; belə olan halda, nəhayət O, özü ana olmaq qərarı verir verir:"

P.S Bütün böyüklərdən, uşaqlardan, xanımlardan, özünü dəfn etməyən ağsaqqal və ağbirçəklərdən dönə dönə üzr istəyirəm. Böyük hesab etdiklərimizin kiçik hərəkətləri, qeyri etik ifadələr işlətməyə bizi məcbur edir. Əslində isə tam əksinə olmalı idi. Qabaqda gedən zəncirlilərimiz bizə ağıl verməli idi. Olmayan şeyi necə verə bilərlər ki?! Onlarda ağıl olsaydı, YAP rejimini bizə urcah edib, çəpişbəyləri bizə qəhrəman kimi sırımağa çalışmazdılar.

P.S.S Bu məktubu yazmağa həmin bu rəzil statusunuza şərh yazan tərbiyəsizlərin şərhlərini "LİKE" etməyiniz vadar etdi. Baxdım ki, Sizə sonuncu dəfə əlimizi uzadım ki, özünüzə qazdığınız qəbirə yuvarlanmayasınız.

Laçın Məmişov
İsveçrə, Bern
25 aprel 2020-ci il"

Oxunuş sayı 1004 dəfə
Şərh vermək üçün giriş edin
Top