Bazar, 03 May 2020 15:20

37 yaşlı Rəşad Mehdiyev poliz zorakılığının qurbanı olub

Bir neçə gün əvvəl Sumqayıtda polisə aparılan və dünyasını dəyişən Rəşad Mehdiyevin qardaşı Elşən Mehdiyev iddia edir ki, qardaşı polis zorakılığının qurbanı olub. Onun sözlərinə görə, qardaşı polis idarəsində işgəncələrə məruz qalıb: “Aprelin 27-də axşam saat 11 radələrində polislər məhəlləyə tökülüb, qardaşımı qandallayıb, maşına oturdub aparıblar".

Qeyd edək ki, 37 yaşlı Rəşad Mehdiyev Sumqayıt polisinə aparılaraq işgəncəyə məruz qalıb. O, idarədən xəstəxanaya aparılsa da, aldığı işgəncələrdən 2 gün sonra, aprelin 29-da dünyasını dəyişib.

Oxunuş sayı 4586 dəfə
Şərh vermək üçün giriş edin
Top