Çərşənbə axşamı, 19 May 2020 13:19

“Div“ə verdiyimiz qurbanlar bəs deyilmi?

Niyaməddin, Elvin və tualet təmizlətdirilən gəncin həbsi xalq üsyanını başlatmalıdır  

Nağıllarda oxumuş və dinləmişik: Div suyun qarşısını kəsir, kənd əhalisindən hər gün bir qız tələb edir. Kənd camaatı da hər gün bir qız qurban verirlər..

İlham Əliyev indi həmin div oyununu oynayır. Oturub dövlət büdcəsinin üstündə, istədiyi kimi dağıdır. Vətəndaşlar etiraz etməsin deyə, gündə bir gənci həbs edir. Dünən Niyaməddini, bu gün Elvini, sabah kim olacağı qorxusu ilə hamı titrəyir.

Bəs deyilmi, “Div“ə verdiyimiz qurbanlar?! Bu gün məndən yan keçdi, deyimi sona qədər keçərli deyil. Bir gün mütləq mənim qapım döyüləcək, məntiqini əsas götürməliyik.

Buraxın, dialoq oyunlarını, Pənah, Sərdar, İqbal və sair bəylər. Sizin iki yolunuz var, ya “div“ə hər gün bir yaxınızı peşkəş etməlisiz, ya da döyüşüb məğlub olmalısız, divin altına düşməlisiz. Başqa variantınız yoxdur. Çünki xalqdan dəstək almırsız, səmimi deyilsiz. Ölkədə insanlar səfil günə düşmüşkən, siz cənab prezidentinizin rizasını qazanmaq üçün dəridən-qabığdan çıxırsız. Hardan çıxıb, hara girdiyiniz aşikardır. Girmək istədiyiniz yer etibarlı deyil, hər şeyi açıb xalqa göstərir.

Dünən də yazmışdım, indi təkrar edirəm. Niyaməddin, Elvin və tualet təmizlətdirilən gənc nəinki siyasi liderlərin, hətta bütün xalqın birləşməsini tam təmin edə bilər, üstəlik bonus da olar. Bu 3 günahsız gəncin həbsi sizi narahat etmir? Etmirsə, siz hansı dəyər uyğunda döyüşürsüz? Susursunuzsa, ya bu gəncləri cinayətkar hesab edirsiniz, ya da həqiqətən “div“in köləsisiz. Hansısa təşkilatın adını çəkməyin, lakin ölkədə tüğyan edən haqsızlığa, ədalətsizliyə etiraz edin, bu həbsləri pisləyin. Dolayısı ilə hökumətə dəstək vermək, həbslərə haqq qazandırmaq nə deməkdir?

Anladığım və anlamadığım həqiqət:

İlham Əliyev əlindən gələn hər şeyi edir ki, xalq üsyan eləsin, İlhamın qolundan tutub vıjıldatsın küçəyə. Bu anladığım həqiqətdir.

Xalq - biz bu qədər zəlalətə, alçalmağa, köləliyə nə zaman öyrəndik, nə zamana qədər İlhamın ağlagəlməyən zülümlərini “nuşi-can“ edəcəyik?! Bu da, anlamadığım həqiqət!

P.S. bütün yollar İlhama aparır, başqa cığırlar mütləq bizi azdıracaq. Əsas yoldan uzaqlaşıb, naziri, məmuru tənqid etmək “div“ xidmətdir.

Cavid Cabbarlı

  

Oxunuş sayı 853 dəfə
Şərh vermək üçün giriş edin
Top