Çərşənbə, 09 İyun 2021 11:40

Jurnalistlə kobud davranan həkimlər cəzalandırıldı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.
"Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”,  - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən jurnalist Aynur Elgünəş sürücülük vəsiqəsini yeniləmək üçün Mingəçevir şəhər xəstəxanasına müraciət edərək sağlamlıq haqqında arayış almaq istəyib. Baş həkim ona "əlil nədir, maşın sürmək nədir” deyə irad bildirib. 
Oxunuş sayı 50 dəfə
Şərh vermək üçün giriş edin
Top