Cümə, 02 İyul 2021 05:21

Epilepsiya xəstəsi olan məhbusun anası: Oğluma qarşı qaldırılan ittihamın heç biri sübut olunmayıb - VİDEO

Gəncə məhbusunun vəziyyəti ağırlaşıb
Məlum “Gəncə işi”nə görə həbs edilən epilepsiya xəstəsi Qurbanov Ceyhun Ələkbər oğlunun səhhətinə ciddi təhülkə yaranıb. Onu Penetensiar Xidmətin Müalicə Mərkəzinə köçürüblər. Bu barədə məhbusun anası məlumat verib: Ceyhun təxminən 10 yaşlarında liftin qırlması nəticəsində ciddi kəllə beyin travması alıb. Elə zədələndiyi ilk gündən qıcıolmalar, epilepsiya başlayıb. Haqqında qaldırılan ittihamların heç biri sübut olunmadığı halda oğluma Bakı Ağır Cinayətlər məhkəməsində prokuror 18 il həbs cəzası istəyib. Epilepsiya xəstəsi olan bir adam 18 il həbsdə yata bilərmi?", deyib.
Ceyhun Qurbanov 2018-ci ilin iyul ayında öz ailəsini Bakıya həkimə gətirdiyi vaxt onu Binəqədi polis bölməsində saxlayıblar. Sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə Yunis Səfərovun da daxil edildiyi 12 nəfərlik qrupun məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Vəkillərin Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin məhkəmədə iştirakı haqqında qaldırdıqları vəsatətə cavab olaraq onun anlaqlı vəziyyətdə olmadığı haqqında sənəd təqdim edilib. Vəkillər Elmar Vəliyevin anlaqlı vəziyyətdə olub olmadığını yoxlamaq üçün ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldırıblar. Vəsatət təmin olunub, məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.

Oxunuş sayı 700 dəfə
Şərh vermək üçün giriş edin
Top