Çərşənbə axşamı, 07 Sentyabr 2021 10:06

Millət vəkilinin tikinti mafiyası

Millət vəkili Ülvi Quliyevə məxsus olduğu söylənilən və qohumu İlkin Quliyev tərəfindən idarə olunan “Dönüş 1” MMC tikinti firması Bakı şəhərində pilot layihələr adı ilə narazılıq yaratmaqda davam edir.

"Xəbərinfo.de" xəbər verir ki, evlərin köçürülməsi könüllülük əsasında olmur və bir çox hallarda sakinlər sıxışdırılır, zor tətbiq olunur. Hətta, bu günlərdə, yeni tikilən uşaq bağçasını qəzalı bina adə ilə sökdürüblər. Məntiqə bax yeni tikili hara, qəzalı bina hara…

Deputatın şirkətindən narazı olanlar arasında Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinlər də var. Sakinlər deyirlər ki, PA-da işləyən Ramiz Muxtarov adlı sakinə evi üçün kvadratı 3000 manatdan kompensasiya hesablanıb, digərləri arasında ayrı-seçkilik edilib. Bundan əlavə, 12 mərtəbəli yeni bina inşası nəzərdə tutulsa da, 13 mərtəbə tikilib. Bu işlərin icrası, camaatın siyahıya alınması ilə bağlı vaxtaşırı deputatın oğlu Orxan Quluzadə də əraziyə gəlib baxış keçirir.

Amma qanunvericilik deputata biznes fəaliyyətini qadağan edir. Ü.Quliyevin isə dərman, restoran və tikinti biznesində adı hallanmaqdadır. Artıq 4-cü çağırış deputat olan Ü.Quliyev daha çox oliqarx kimi tanınır, nəinki millət vəkili… Bir müddət əvvəl deputat oğlunun xaricdəki biznesi ilə gündəmə gəlmişdi.

Natiq

Oxunuş sayı 502 dəfə
Şərh vermək üçün giriş edin
Top