Bazar, 22 Dekabr 2013 21:00

Bizim Qərbə inteqrasiyadan başqa çıxış yolumuz yoxdur.

Ötən ilin siyasi proseslərilə bağlı suallarınımızı  ict mai-siyasi fəail  Rəmzi Baleyev.

Yola saydığımız 2013-cü il daha çox Azərbaycan demokratiya və insan haqlarının boğulması ilə yadda qaldı. Bu il vətəndaş cəmiyyətinə, siyasi partiyalara qarşı təziyiqlər daha da gücləndi, siyasi repressiyalar davam etdi.

Rəmzi siyasi-ictimai fəal insan kimi sizin fikirlərinizi bilmək marağlı olardı. 2013-cü il jurnalistlərə və QHT sektoruna təzyiqlə yadda qaldı. Hakimiyyət hansı səbəbdən ili bu cür yola salır?

- Hələ 2012-cü ilin sonunda bildirmişdim ki, 2013-cü il çox ağır il olacaq. Təəssüf ki, proqnozlarım özünü doğrultdu. Hakimiyyət 2013-cü ilin imkanlarını düzgün qiymətləndirə bilmədi. Kifayət qədər şans var idi ki, ölkədə ciddi demokratik islahatlar aparılsın, sərbəst toplaşmaq azadlığı təmin edilsin, vətəndaş cəmiyyətinin inkişafı üçün zəmin yaradılsın. Hakimiyyət istəmir ki, ictimai-siyasi meydanda partiyalar, media, QHT-lər olsun. Mövcud olanları da zərərsizləşdirməyə çalışır. Hökumətlə əməkdaşlıq edən və onunla eyni mövqedən çıxış edən media qurumları və QHT-lərin sayı durmadan artır. Bütün bunlar sadəcə demokratiyanın imtisaiyasıdır. Bu, müəyyən görüntü yaradır. Azərbaycanda hökumətlə QHT-lərin, medianın və partiyaların əməkdaşlığı, konsensusu bir sıra hallarda ikincilərin asılı vəziyyətə düşməsinə çalışır. 2015-ci ildə parlament seçkiləri keçiriləcək. Seçkiqabağı demokratik mühit yaratmaq üçün vətəndaş cəmiyyətinin güclü şəkildə hakimiyyət tərəfindən idarə olunması lazım gələvək. Müstəqil QHT-lər, mətbuat daha sıxışdırılacaq, onların qrantları müxtəlif yollarla kəsiləcək. Hətta hazırda parlament seçkilərinə düşmək istəyən müxalifət partiyaların nümayəndələri ciddi şəkildə məyus olacaqlar. Partiyalar müxtəlif yollarla hakimiyyətlə danışıqlar aparıb parlamentə düşmək istəyəsələr də, sonda kənarda qalmalı olacaqlar.

- Vətəndaş cəmiyyətinin sıradan çıxarılması nə ilə bağlıdır?

- Neft gəlirləri hesabına ölkəni idarə edən hakimiyyət düşünür ki, o hər şeyə nəzarət edə bilər. Teatrdan tutmuş siyasi partiyalara qədər bütün institutları iqtidar özü idarə etmək istəyir. Rejissora deyir ki, beynini işlətmə sənin əvəzindən ssenari yazacam, jurnalistə deyir ki, əziyyət çəkmə sənə mövzu verəcəm, partiya və QHT rəhəbrələrinə də deyirlər ki, özünüzə zəhmət verməyin biz hər şeyi sizin əvəzinizə edəcəyik, pullarınızı da artıqlaması ilə ödəyəcəyik. Təki siz səsinizi çıxarmayın və s. Cəmiyyətin əvəzinə hökumətin hər şeyi düşünməsi, bütün ağır yüklərin altına girməsi çox təhlükəli tendensiyadan xəbər verir. Bu cəmiyyəti daha da tənbəlləşdirəcək və məhvə aparacaq. Əvvəlki illərdə Qərblə əldə olunan sövdələşmə 2015-ci ildə də davam edəcək. 2013 və 2014-cü ildə Qərb Azərbaycanda demokratik institutlara edilən təzyiqlərin qarşısının alınması üçün heç bir əməli iş görmədi. Azərbaycana səfər edən beynəlxalq təşkilatların rəhbərləri daha çox rəsmi şəxslərlə görüşlərə can atıblar. Siyasi partiya, QHT və media nümayəndələri görüşlərdən, təmaslardan kənarda qalıblar.

Rəmzi bəy, 2014-cü ildə Azərbaycan üçün TANAP, TAP qaz anlaşmaları olacaq. Azərbaycanın iqtisadi imkanları siyasi proseslərə nə kimi təsirlər göstərəcək.

- Böyük qaz anlaşmaları çox müsbət addımdır. Bu cür nəhəng layihələr ölkəmizin iqtisadi və siyasi əhəmiyyətini artırır. Hökumətdə kimlərin olmasından asılı olmayaraq, Azərbaycanın enerji məhsullarını məhz Qərb marşrutu üzrə daşıması və Qərbdə satması iqtisadi nöqteyi-nəzərdən Avropaya daha çox yaxınlaşmağımıza gətirib çıxaracaq. Enerji layihələrilə bağlı mənim mövqeyim birmənalıdır və bu sahədə əldə olunan uğurları müsbət qiymətləndirirəm. Qazanc olaraq da bu marşrutların sərfəli olduğu danılmazdır. Problem ondadır ki, Azərbaycan hökuməti layihələrə çox gec başlayıb. Çünki dünya bazarında neftin, qazın qiyməti gələn ildən başlayaraq düşməyə başlayacaq. TANAP və TAP layihələrinin 2019-cu ildən fəaliyyətə başlayacaq. Layihə 48 milyard dollara başa gələcək. Kifayət qədər böyük məbləğdir. Azərbaycan layihənin təqdribən 57 faizini maliyyələşdirir. Azərbaycan 2020-ci ildən etibarən Avropaya ildə 10 milyard qaz satmalı olacaq. 10 milyard kubmetr qazın indiki qiymətlərlə dəyəri 3,5 milyard dollardır. 2020-ci ildə qiymətlər daha ucuz olacaq. Məni narahat edən məqam başqadır. Qorxuram ki, iri layihələrdən sonra Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə basqıları daha da artırsın. Neftlə zəngin ölkələrdə demokratiya daim boğulur, hakimiyyətlər avtoritarlaşır. Azərbaycan hökuməti Avropa Şurası qarşısında öhdəliklər götürüb. 2013-cü ildə Ştrasserin məşhur məruzəsindən sonra Azərbaycan yeni öhdəliklərə imza atdı. Amma nəticə yoxdur. Biz daha qalmaqallı siyasi həbslərin şahidi olacağıq. Elə siyasi xadimləri, jurnalistləri həbs edəcəklər ki, bunu indi heç kəs ağlına gətirmir.

- Siz, nəyə əsaslanıb bu cür pessimist proqnozlar verirsiz?

- Hazırda vətəndaş cəmiyyətində nisbətən fəallıq edən, proseslərdə aktiv rol oynayan insanlar var. Kəskin qələmi olan jurnalistlər fəaliyyətlərini davam etdirirlər. Düşünürəm ki, 2014-ci ildə onlarla bağlı qərarlar qəbul ediləcək. QHT nümayəndələrinin bir çox ölkəni tərk etməli olacaqlar. Çünki yuxarıda vətəndaş cəmiyyətinə qarşı çirkin ssenari hazırlanır. Bu ssenari əslində 2013-cü ildən hazırlanır. 2014-cü ildə bəzi epizodlar həyata keçirilib. 2015-ci ildə təzyiqlər daha da güclənəcək. Bunu bir çoxları görürü və repressiya dalğasının altında qalmamaq üçün ölkəni tərk edirlər.

- İndiki halda çıxış yolunu nədə görürsüz?

- Azərbaycanın demokratikləşməsi üçün əlimizdən gələni etməliyik. Bizim Qərbə inteqrasiyadan başqa çıxış yolumuz yoxdur. 2014-cü ildən başlayaraq Azərbaycana Rusiyanın təzyiqləri artacaq. Olkədə demokratiyanın axsamasının bir səbəbi də Qərbin Rusiyanın Azərbaycana olan təzyiqlərini azaltmaq üçün heç bir iş görməməsidir. Azərbaycanı köməksiz buraxmaq olmaz. Bizim qonşu sarıdan bəxtimiz gətirməyib. Rusiya, İran və Ermənistan kimi avtoritar ölkələrlə əhatələnmiş Azərbaycanın demokratiyaya çıxış imkanı olduqca çətindir. Bu mənada bizim Qərbin dəstəyinə böyük ehtiyacımız var. Qərb Azərbaycan hakimiyyətinə təzyiqləri artırmalıdır ki, vətəndaş cəmiyyəti tamamilə sıradan çıxmasın.

Oxunuş sayı 805 dəfə
Şərh vermək üçün giriş edin
Top