Çərşənbə, 01 İyun 2016 22:00

ABŞ-da universitetdə silahlı insident baş verib, ölənlər var

ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kaliforniya Universitetində qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxananın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.

***

Los-Ancelesdə, Kaliforniya universitetində atəş açan şəxs intihar edib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu Los-Anceles polisinin başçısı Çarlz Bak bəyan edib.

“Universitet fəaliyyətini davam etdirir, heç bir narahatlıq yoxdur”, deyə Ç.Bak bildirib.

Bu gün yerli vaxtla saat 10:00 radələrində Kaliforniya universitetinin yataqxanası qarşısında baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb. Ölənlərin ikisi də kişidir. Onların adları hələ ki, açıqlan

Oxunuş sayı 1073 dəfə
Şərh vermək üçün giriş edin
Top