Çərşənbə axşamı, 02 Sentyabr 2014 21:00

“İndi həkim və əczaçıların kartofsatanla heç bir fərqi yoxdur”

Vəfa İbrahimova: "Fərq ondadır ki, həkim və aczaçılar qorxu altında xəstədən aldıqları dilənçi payından qorxa-qorxa balalarına yedizdirirlər

Aptek və aptek işçilərinin bu və ya digər-ölkədə qanunsuz və keyfiyyətsiz dərman preparatlarının tüğyan etməsində zərrə qədər də günahı yoxdur. Aptekçilər, provizor və əczaçılar digər satıcılar kimi satıcıdılar. Bir fərqləri var ki, ali və orta ixtisas sahibləridir. Millətə vicdanla və mərifətlə qulluq edəcəklərinə and içmiş şəxslərdir. Bir qarın çörək üçün digər pal-paltar satan insanlar kimi səhərdən axşama qədər fikirləri müştəri və gəlir arxasınca baxmaqdır”. Bu sözləri  “İctimai hiyyəİnstitutunun sədr müavini Vəfa İbrahimova deyib.

V.İbrahimova səhiyyə sahəsində nöqsanlardan söz açıb və günahın bir qisminin də cəmiyyətdə olduğunu vurğulayıb: “Bəs kimdir günahkar, günahkar mənəm. Atam danaları satıb yüksək vəzifə sahiblərinə verdi və mən oldum məmur. Ancaq savadım olmadığı üçün qanunları və qanundan irəli gələn maddələri bir-birinə qatıb XAŞIL elədim. İndi həkim və əczaçıların bazarda "KARTOF" satan satıcı ilə heç bir fərqi yoxdur, fərq bir ondadır ki, həkim və aczaçılar qorxu altında xəstədən aldıqları "Dilənçi” payından qorxa-qorxa yeyir və balalarına yedizdirirlər. Fərq ondadır ki, evdə döşəyin altında "6” illik yekə bir kağız parçası var.30 il əvvəl arzularla yaşayan gənc, həkim olaraq xalqına fədakarcasına, ləyaqətlə xidmət edəcəyini düşünür və işinin müqabilində də çox yaxşı durumda yaşayacağını düşünərkən, bu gün xəstədən qorxa-qorxa “qardaş 100 manat maaşa baxıram” deyərək 90 manata baxan xəstəni nə təhər piyləyib, başını pozub 10 manatı almaq haqqında yollar axtarır. Həkimin üzünə baxan xəstənin ümidləri aldığı maaş qədər ümidsizliyə düçar olur ki, görəsən bu həkim özünə əlac etmədiyi durumda ola-ola, həkimin durumundan da pis duruma düşmüş, hava və sudan asılı olan xəstəyə necə əlac edəcək”.

V. İbrahimova  ölkədə ciddi dərman probleminin olduğunu qeyd edib: “Xəstənin ümidi dərnanın harada və necə satılmağı yox, bu dərmanın onun dərdinə necə əlac etməsi maraqlandırır. Ancaq başı dərmanın hazırlanmasına, bu dərmanın haradan hansı qiymətə gətirilərək, tərkibi yoxlanıb yoxlanmamasına deyil, necə pul qırıb axşam evə əlidolu getmək haqqında  fikirləşən əczaçının əməlləri xəstənin sağalma ehtimalını sıfıra endirir. Bu zaman dərman biznesini həyata keçirən "QOÇAQ” millətin başının qarışdığını görərək həm həkimi, həm xəstəni, həm də əczaçını məharətlə aldadır. Mirzə Ələkbər də bunu görüb yazır: "Millət necə tərac olur olsun nə işim var, Düşmənlərə möhtac olur olsun nə işim var!”

Cavad Bədəlov

Oxunuş sayı 1905 dəfə
Şərh vermək üçün giriş edin
Top